BaşlıcaSiyasət

N. Paşinyanın BMT tribunasından çıxışı: “Gürcüstan və İran bizim strateji qonşularımızdır”

 Nyu Yorkda işgüzar səfəri çərçivələrində  Baş nazir  Nikol Paşinyan  BMT-nin Mərkəzi qərargahında BMT-nin Baş  Assambleyasının 74-cü sessiyasında çıxış  edib.Regional məsələlərə toxunan Nikol Paşinyan  deyib: “Qonşularla və strateji tərəfdaşlarımız arasındakı fərqli gərginlik bizi  olduqca  namünasib vəziyyətə salır. Rusiya bizim əsas   strateji  həmkarımız və  müttəfiqimizdir.   Gürcüstan və  İran bizim  strateji  qonşularımızdır. ABŞ, Avropa Birliyi və sonuncuya üzv ölkələrlə strateji gündəliyimiz və tərəfdaşlıq münasibətlərimiz  var. Tərəfdaşlarımız arasında fikir ayrılığı tələsinə düşmək bizim üçün ciddi bir problemdir. Biz  hamı üçün   etibarlı  tərəfdaş  və yaxşı  dost olmaq üçün,  hər hansısa birinə münasibətlərimizlə xələl  toxundurmamaq üçün hər şey edirik. Və bölgəmizin geosiyasi mühitinin daha etibarlı olması üçün səylər göstərməyə davam edəcəyik”.

Daha çox göstər
Back to top button