BaşlıcaSiyasət

Nikol Paşinyan və Yens Stoltenberq Ermənistan-NATO tərəfdaşlıq məsələlərini müzakirə edib

İşgüzar səfərlə Nyu-Yorkda olan ER baş naziri Nikol Paşinyan  NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşüb.

Baş nazir qeyd edib ki, Ermənistan  NATO ilə tərəfdaşlığı, xüsusilə sülhməramlı  missiyalar çərçivəsində əməkdaşlığı mühüm sayır və onu dərinləşdirməkdə maraqlıdır.

Yens Stoltenberq qeyd edib ki, Ermənistan NATO üçün  vacib tərəfdaşdır və  ikitərəfli  Fərdi tərəfdaşlıq proqramı bu tərəfdaşlığı daimi olaraq gücləndirmək üçün yaxşı  zəmindir.

Həmsöhbətçilər Ermənistan-NATO tərəfdaşlığına dair  məsələrləri müzakirə edib. Dağlıq Qarabağ  münaqişəsinin  nizamlanma prosesinə toxunulub. Baş nazir Paşinyan qeyd edib ki, Ermənistan münaqişənin həlli yalnız sülh yoluylə nizamlanma konteksində görür və inqilabdan sonra dəfələrlə bu barədə bəyan edib.

NATO-nun baş katibi  ER baş nazirinin DQ münaqişəsinin sülh yoluyla həllinə sadiq qalmasını mühüm sayıb və qeyd edib ki, NATO regional sülh, sabitlik və təhlükəsizlik kontekstində sülh yolu ilə həll etmək səylərini dəstəkləyir.

Həmsöhbətçilər  həm də beynəlxalq və regional təhlükəsizliyin  indiki vəziyyəti və çağırışları barədə fikir mübadiləsi aparıb.

Daha çox göstər
Back to top button