BaşlıcaSiyasət

Paşinyan Əliyevə BMT tribunasından müraciətlə səslənib

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli bölgənin sabitliyi və təhlükəsizliyi üçün əsas əhəmiyyət kəsb edir. Bu barədə ER Baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının 74-cü sessiyasındakı çıxışı zamanı  bəyan edib.

“Mən  vəzifəmin icrasının ilk  günlərindən məhz bu  kontekstdə addımlar əldə etmişəm. Bu məqsədlə mən Dağlıq Qarabağ münaqişəsinin  nizamlanması ilə bağlı istənilən qərarın Ermənistan, Dağlıq Qarabağ və Azərbaycan xalqları üçün qəbul  ediləsi olduğu barədə bəyanat  etmişəm. Münaqişənin həlli ilə bağlı belə bir mövqe bildirən  ilk erməni  rəhbəri  olmuşam. Münaqişədə 3 tərəfi bərabərləşdirən bir qətnamə qəbul etdiyim  üçün ölkəmdə sərtliklə  tənqid olunmuşam. Bununla belə mən  əminəm ki,  bu münaqişənin sülhlə həllinin  açarı deyil. Ona görə ki, bu özündə  qarşılıqlı güzəşt , qarşılıqlı etiram  və tarazlı olmaq imlkanını əks edir.

Mən bu qətnaməni təkcə xalqa deyil, həm də ATƏT-in Minsk Qrupunun həmsədri olan danışıqlar çərçivəsində təqdim etmişəm.  İrəliləyiş naminə Azərbaycandan da oxşar bir bəyanatı gözləyirdim. Ancaq Azərbaycanın ən yüksək hakimiyyət orqanları Qarabağ probleminin yalnız Azərbaycan xalqına məqbul olacaq həll yolunu axtararaq öz mövqelərində qaldılar. Bu nə deməkdir?. Bu o deməkdir ki, Azərbaycan hakimiyyətləri münaqişəni həll etmək   fikrində deyillər.Əvəzindəsə onlar   DQ xalqına mütləq  qalib gəlmək istəyindədir. Məqsədləri 1990-cı və 2016-cı illərdə Dağlıq Qarabağ xalqına qarşı  edilən uğursuz  təcavüz cəhdinin qisasıdır. Buna görə xalqlar arasında anti-ermənilik  hisslərini oyadır, buna görə də onlar silahlandırma üzərinə əzəmətli  resurslar xərcləyir. Məhz bu səbəbdəndir ki,  ermənilərə olan nifrətçilik artıq  Azərbaycanın  rəsmi  siyasətçiliyinə çevrilib”-deyərək  Paşinyan   bəyan edib.

O əlavə edib ki, rəqiblərimiz Dağlıq Qarabağının Sovet statusunu bərpa etmək istəyirlər. Ancaq bu, boş səydir, çünki Sovet dövründə Dağlıq Qarabağ Muxtar Vilayətinin xalqı müstəqilliyini elan etdi və Sovet İttifaqından çıxmış Azərbaycanın etdiyi kimi öz müqəddəratını təyin etdi. Azərbaycanın bu mövqeyi Sovet İttifaqının bərpası ideyasına bərabərdir. Azərbaycan hökuməti Dağlıq Qarabağ münaqişəsini Ermənistan və Azərbaycan arasında olan ərazi mübahisəsi kimi təqdim edir. Biz isə, münaqişənin belə bir təsiri ilə razılaşmırıq. Bu, Ermənistanla Azərbaycan arasında olan bir mübahisə deyil. Bu mübahisə ərazi iddiaları ilə bağlı deyil. Söhbət insanlardan, kişilər, qadınlar və atalarının əsrlər boyu yaşadıqları vətəndə yaşamaq hüquqlarından gedir. Təəssüf ki, Azərbaycan hakimiyyəti bu insanlarla danışmaq və danışıqlar aparmaq istəmir, çünki onlar xalqı deyil, əraziləri istəyir. Daha doğrusu, xalq olmayan əraziləri”- deyərək ER Baş naziri qeyd edib.

Nikol Paşinyan bu mövzuya niyə toxunduğunu izah etmək vacibliyini də qeyd etdi. “Elə görünə bilər guya mən bölgədə gərginliyin artmasına töhfə vermək istəyirəm. Əlbətdə yox, əksinə mən demək istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsi regionun xalqları üçün çox çətin və ağırlı məsələdir, hansı ki, çətin və  ardıcıl iş olmadan, kompromis, qarşılıqlı hörmət və balanslı bir yanaşma olmadan həll edilə bilməz.

Buna görə də həmkarım prezident İlham Əliyevi sülh prosesinin irəliləyişinə şərait yaratmaq üçün qətnaməni qəbul etməyə çağırıram. Dağlıq Qarabağ münaqişəsinin istənilən həlli Ermənistan xalqı, Dağlıq Qarabağ xalqı və Azərbaycan xalqı üçün məqbul olmalıdır. Bu düsturu reallığa çevirmək üçün birlikdə çalışmalıyıq”-deyə Paşinyan yekunlaşdırdı.

Daha çox göstər
Back to top button