BaşlıcaSiyasət

Paşinyan:” Artıq ermənilər üçün, xüsusən Dağlıq Qarabağda soyqırım təhdidinə dözməyəcəyik”

Həll olunmamış Qarabağ münaqişəsi xalqımız  üçün təhlükəsizlik çağırışıdır və regional inkişafa ciddi maneədir.Nyu Yorkun Kolumbiya universitetində bu haqda ER Baş naziri Nikol Paşinyan bəyan edib.Dağlıq Qarabağ münaqişəsinin doğan səbəblərini təqdim edərək qeyd edib:

“Dağlıq Qarabağ xalqının Ermənistanda yaşayan həmvətənləri və ya dünyanın hər hansı digər insanları kimi hüquqlarından istifadə etmək və gələcəyini özü qərar vermək imkanına malik  olmalıdır. Ermənistan bu yaxınlarda azad və ədalətli seçkilərdə yerli hakimiyyət orqanlarını seçən Dağlıq Qarabağ xalqının demokratik istəklərini dəstəkləyib,kimlər  ki, son vaxtlarda azad və ədalətli şəkildə  yerli hakimiyyətlər seçdilər.

Biz Dağlıq Qarabağ münaqişəsini aşağıdakı vacib addımlarla tənzimləməyə  çalışırıq:

Əvvəlan , azərbaycanlı həmkarımla atəşkəs rejiminin qorunması və möhkəmləndirilməsinin vacibliyi barədə razılığa gələ bildik.

İkincisi, xalqımızı barışığa hazırlamağımız barədə razılaşdıq.

Üçüncüsü, mən birtərəfli qaydada bəyan etdim ki, Dağlıq Qarabağ, Azərbaycan və Ermənistan xalqları üçün məqbul olan sülh yolu tapmalıyıq.Mən anladım ki,  insanların iradəsi hər tərəfdə də  vacibdir.

Bu günə qədər Azərbaycan rəhbərliyi hamı üçün məqbul olacaq elə bir həll tapmaq öhdəliyini götürməyib. Bunun əvəzindəsə açıq və ya ardıcıllıqla müharibə təhdidlərini  eşidirik.

Azərbaycan həm də Dağlıq Qarabağ xalqı və onların nümayəndələri ilə dialoq aparmaqdan imtina edir və münaqişə zonasında yaşayan adamların xarici aləm ilə hər hansı bir qarşılıqlı fəaliyyətə mane olmağa çalışır. Bu şəraitdəsə  Azərbaycan üçün heç bir  sürpriz olmamalıdır ki, Dağlıq Qarabağ xalqı yaşamağın və inkişafın yeganə qarantı kimi yalnız Ermənistana güvənir. Biz açıq şəkildə bildirməliyik ki, ermənilər üçün, xüsusən də Dağlıq Qarabağda soyqırım təhlükəsinə artıq dözməyəcəyik. Ümid edirəm ki, qarşıdakı ümimdövlət seçkilərdə Azərbaycan Dağlıq Qarabağ xalqının iradəsinin ifadəsinə təhdid kimi deyil, yeni seçilmiş hakimiyyət orqanları ilə dialoq üçün bir imkan kimi yanaşacaqdır”.

Daha çox göstər
Back to top button