İctimaiyyət

“Leqat”: Azərbaycanlılar ölkəyə qayıtmamaq üçün kilsələrdən sığınacaq istəyir

“Son illərdə 27 Azərbaycan vətəndaşı ölkəsinə deportasiya olunmamaq üçün kilsələrdən sığınacaq istəyib”.

Meydan.tv sytına əsasən, bu barədə məlumatı Almaniyada fəaliyyət göstərən “Legat” İnteqrasiya Mərkəzi yayıb.

“Kilsələrə sığınanlar hesab edirlər ki, buranın xüsusi qorunmasından yararlanacaqlar. Barələrində olan deportasiya ilə bağlı qərarların ləğv olunmasına nail olacaqlar. Çünki onların əksəriyyətinin deportasiya edilməsi ilə bağlı qərar var”.

Mərkəz hesab edir ki, onların bu addımı Almaniyada kilsələrin köməyi ilə qaçqın statusu alanların sayının artması ilə bağlı ola bilər․

2019-cu ilin ilk altı ayı ərzində 999 Azərbaycan vətəndaşı Almaniyadan sığınacaq istəyib. Məlumatı Almaniyada fəaliyyət göstərən “Leqat” İnteqrasiya Mərkəzi yayıb.

Bildirilir ki, qaçqın statusu almaq üçün Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəyə (BAMF) müraciət edən 999 azərbaycanlıdan 706 nəfəri ilk dəfə, 293 nəfəri isə təkrar ərizə ilə müraciət edən şəxslərdir.

Mərkəz bildirir ki, 6 ay ərzində cəmi 74 nəfərin müraciəti üzrə BAMF müsbət qərar qəbul edib. Onlara Almaniyada müvəqqəti yaşayış icazəsi verib. 768 nəfərin qaçqın statusu haqqında müraciətinə isə rədd cavabı verilib.

Ötən il, iyunun 18-də 51 azərbaycanlı Almaniyadan deportasiya edilib. Çarter reysi ilə Azərbaycana göndərilənlər Almaniyanın Bamberq, Waldsassen, Üiesburq, Kürten ( Bergisch Gladbach), Hoff, Rhede, Bocholt və digər şəhərlərində yaşayanlar olub.

Deportasiyanın isteriya ilə qarşılanma halları yeni deyil. Azərbaycanlılar arasında özünəqəsd, polisə müqavimət və immiqrasiya xidmətinin əməkdaşlarının girov götürülməsi halları da baş verib.

Daha çox göstər
Back to top button