İctimaiyyət

London məhkəməsi Zamirə Hacıyevanın ekstradisiyasından imtina edib

London məhkəməsi azərbaycanlı bankirin həyat yoldaşının ekstradisiyasından imtina edib. Söhbət Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevadan gedir. Məhkəmə xanım Hacıyevanın öz ölkəsində ədalətli mühakimə olunmayacağını əsas gətirib.

“Azadlıq Radiosu” xəbər verir ki, Londonda Harrods ticarət mərkəzində 16,3 milyon funt-sterlinq xərcləməsi ilə beynəlxalq medianın diqqətini cəlb etmiş Z. Hacıyevaya Beynəlxalq Bankdan mənimsəməylə bağlı ittihamlar var. Özü isə iddiaları rədd edib, Azərbaycan hökumətinin ekstradisiya tələbinə qarşı mübarizə aparıb.

 Qəzet yazır ki, Azərbaycan hökuməti Ali Məhkəmənin ekstradisiya qərarından şikayət verəcək.

Hökumətdən London məhkəməsi hakiminin Azərbaycanda məhkəmələrin müstəqilliyi ilə bağlı dediklərinə hələlik, şərh gəlməyib.  Ümumiyyətlə isə, indiyədək hakimiyyət təmsilçiləri oxşar tənqidləri rədd edib, ölkədə məhkəmələrin müstəqil fəaliyyət göstərdiyini, təməl hüquq və azadlıqların təmin olunduğunu bildirib.

Hacıyevanın UWO -ya qarşı başqa bir şikayətinə dekabrda Apellyasiya Məhkəməsində baxılacaq.

Daha çox göstər
Back to top button