Meydan TV-nin saytına qoyulmuş qadağa götürülməyib

Azərbaycan Ali Məhkəməsinin Meydan TV-nin işi ilə bağlı Bakı Apelyasiya Məhkəməsinin qərarını ləğv etməsi yanlış anlaşılıb. Sosial şəbəkələrdə bu qərar Meydan TV-nin saytına qoyulmuş bloklanmanın götürülməsi kimi qələmə verilir.
Apelyasiya Məhkəməsinin saytında Meydan TV ilə yanaşı Azadlıq Radiosu Turan TV, “Azərbaycan saatı” və s. bloklanmış media resursları ilə bağlı Apelyasiya Məhkəməsinin qərarının ləğv olunduğu qeyd olunub.
Digər saytlarla bağlı qərarın ötən il iyulun 4-də verildiyini xatırladan media hüququ üzrə ekspert Xalid Ağəliyev Ali Məhkəmənin qərarının blokun ləğvi kimi anlaşılmasının doğru olmadığını bildirib.
“Meydan TV-nin bloku götürülməyib. Ali Məhkəmə resursun kassasiya şikayətini təmin edib – Bakı Apelyasiya Məhkəməsinin qərarını (həmin qərarda Meydan TV-nin bloklanması barədə rayon məhkəməsinin qərarı qanuni və əsaslı sayılırdı) ləğv edib və Bakı Apelyasiya Məhkəməsinə deyib ki, işə yenidən bax. Ali Məhkəmənin qərarı hələ tərəflərə təqdim edilməyib, hələ bəlli deyil ki, Ali Məhkəmənin qərarı hansı əsaslara söykənir. Amma istənilən halda xoş qərardır. Meydan TV-nin bloku o zaman götürülmüş ola bilər ki, Bakı Apelyasiya Məhkəməsi gələcəkdə Səbail Rayon Məhkəməsinin qərarını ləğv etsin. Texniki olaraq, o da mümkündür ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi texniki süzgəci öz təşəbbüsü ilə qaldırsın”, deyən X.Agəliyev Ali Məhkəmnin qərarının blok edilən resurslardan yalnız Meydan TV-yə aid olduğunu vurğulayıb: