BaşlıcaSiyasət

Paşinyan BMT tribunasından Əliyevə çağırış etdi: VİDEO (Azərbaycan dilində)

Xanımlar və  cənablar,

Təəssüf ki, bu il bütün planetimiz hamımız üçün daha təhlükəsiz bir yerə çevrilməyib. Dünyada qeyri-sabit olmayan və ya qonşu bölgədəki gərginlikdən təsirlənməyən bir region tapmaq çətindir. Ermənistanın 4 sərhəddindən ikisi, o cümlədən Türkiyə ilə sərhədi təxminən 30 ildir qapalıdır. Türkiyə Ermənistanla diplomatik münasibətlər qurmaqdan imtina edərək, Azərbaycanla Ermənistana və Dağlıq Qarabağa qarşı olmaqla, bir zamanlar soyqırım qurbanı olmuş və tarixi həqiqətin inkarının və şiddətli müqavimətinin şahidi olan erməni xalqının təhlükəsizliyi üçün ciddi təhdid olaraq qalır.

Cənab prezident,

Qonşularımız və strateji tərəfdaşlarımız arasındakı fərqli gərginlik bizi çox narahat vəziyyətə salır. Rusiya bizim əsas strateji tərəfdaşımız və müttəfiqimizdir, Gürcüstan və İran strateji qonşularımızdır. ABŞ, Avropa Birliyi və onlara üzv ölkələrlə strateji gündəliyimiz və tərəfdaşlıq əlaqələrimiz var.

Tərəfdaşlarımız arasında fikir ayrılığının tələsinə düşmək bizim üçün ciddi bir problemdir, çünki biz daim onlardan bəzilərinin və ya daha da pis, hamı tərəfindən səhv başa düşülmə riski ilə üzləşirik. Biz heç kimlə münasibətlərimizə xələl gətirmədən etibarlı tərəfdaş və hamı üçün yaxşı dost olmaq üçün əlimizdən gələni edirik və bölgəmizin geosiyasi mühitinin daha təhlükəsiz olması üçün səylər göstərməyə davam edəcəyik.

Xanımlar və cənablar,

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli bölgənin sabitliyi və təhlükəsizliyi üçün əsas əhəmiyyət kəsb edir. Mən  vəzifəmin icrasının ilk  günlərindən məhz bu  kontekstdə addımlar əldə etmişəm. Bu məqsədlə mən Dağlıq Qarabağ münaqişəsinin  nizamlanması ilə bağlı istənilən qərarın Ermənistan, Dağlıq Qarabağ və Azərbaycan xalqları üçün məqbul olduğu barədə bəyanat  etmişəm. Diqqətəlayiqdir ki, mən münaqişənin həlli ilə bağlı belə mövqe bildirən ilk erməni  rəhbəri  olmuşam. Münaqişədə 3 tərəfi bərabərləşdirən qətnaməsi üçün ölkəmdə sərtliklə  tənqid olunmuşam. Bununla belə mən  əminəm ki,  bu münaqişənin sülhlə həllinin  açarıdır, ona görə ki, bu özündə  qarşılıqlı güzəşt, qarşılıqlı etiram  və tarazlı olmaq imlkanını əks edir.

Mən bu qətnaməni təkcə xalqa deyil, həm də ATƏT-in Minsk Qrupunun həmsədri himayəsi altında  keçirilən danışıqlar çərçivəsində təqdim etmişəm.  İrəliləyiş naminə Azərbaycandan da oxşar bir bəyanatı gözləyirdim. Ancaq Azərbaycanın ən yüksək hakimiyyət orqanları Qarabağ probleminin yalnız Azərbaycan xalqına məqbul olacaq həll yolunu axtararaq öz mövqelərində qaldılar. Bu nə deməkdir?.. Bu o deməkdir ki, Azərbaycan hakimiyyətləri münaqişəni həll etmək   fikrində deyillər. Əvəzindəsə onlar   DQ xalqına mütləq  qalib gəlmək istəyindədir. Məqsədləri 1990-cı və 2016-cı illərdə Dağlıq Qarabağ xalqına qarşı  edilən uğursuz  təcavüz cəhdinin qisasıdır. Buna görə xalqlar arasında anti-ermənilik  hisslərini oyadır, buna görə silahlanmaya böyük vəsait xərcləyir, buna görə də onlar silahlandırma üzərinə əzəmətli  resurslar xərcləyir. Məhz bu səbəbdəndir ki,  ermənilərə nifrətçilik artıq  Azərbaycanın  rəsmi  siyasətçiliyinə çevrilib.

Əslində, rəqiblərimiz Dağlıq Qarabağının Sovet statusunu bərpa etmək istəyirlər.  Ancaq bu, boş səydir, çünki Sovet dövründə Dağlıq Qarabağ Muxtar Vilayətinin xalqı müstəqilliyini elan etdi və Sovet İttifaqından çıxmış Azərbaycanın etdiyi kimi öz müqəddəratını təyin etdi. Azərbaycanın bu mövqeyi Sovet İttifaqının bərpası ideyasına bərabərdir. Azərbaycan hökuməti Dağlıq Qarabağ münaqişəsini Ermənistan və Azərbaycan arasında olan ərazi mübahisəsi kimi təqdim edir. Biz isə, münaqişənin belə bir təfsiri ilə razılaşmırıq. Bu, Ermənistanla Azərbaycan arasında olan bir mübahisə deyil. Bu mübahisə ərazi iddiaları ilə bağlı deyil. Söhbət insanlardan, kişilər, qadınlar və atalarının əsrlər boyu yaşadıqları vətəndə yaşamaq hüquqlarından gedir. Təəssüf ki, Azərbaycan hakimiyyəti bu insanlarla danışmaq və danışıqlar aparmaq istəmir, çünki onlar xalqı deyil, əraziləri istəyir. Daha doğrusu, xalq olmayan əraziləri. 

Xanımlar və cənablar,

Bu mövzuya niyə toxunduğumu izah etməyi mühüm sayıram. Elə görünə bilər guya mən bölgədə gərginliyin artmasına töhfə vermək istəyirəm. Əlbətdə yox, əksinə mən demək istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsi regionun xalqları üçün çox çətin və ağırlı məsələdir, hansı ki, çətin və  ardıcıl iş olmadan, kompromis, qarşılıqlı hörmət və balanslı yanaşma olmadan həll edilə bilməz.

Buna görə də həmkarım prezident İlham Əliyevi sülh prosesinin irəliləyişinə şərait yaratmaq üçün qətnaməni qəbul etməyə çağırıram. Dağlıq Qarabağ münaqişəsinin istənilən həlli Ermənistan xalqı, Dağlıq Qarabağ xalqı və Azərbaycan xalqı üçün məqbul olmalıdır. Bu  qətnaməni reallığa çevirmək üçün birlikdə çalışmalıyıq.

Xanımlar və cənablar,

Bir neçə gün əvvəl biz  Ermənistanın Müstəqillik Günü qeyd etdik. 28 il əvvəl Ermənistan suveren  dövlət olaraq, beynəlxalq cəmiyyətin tamhüquqlu üzvü oldu və   qlobal arenada  öz yerini və rolunu bərpa etdi.

Biz  beynəlaxlq  əməkdaşlıqdan faydalanırıq və eyni zamanda təhlükəsizliyin,  inkişafın və insan hüquqlarının gündəliyinin təşviqçisiyik. Biz çoxtərəfliyinə  böyük əhəmiyyət veririk. Biz qlobal təhlükəsizlik, beynəlxalq terrorizmə qarşı mübarizə, nüvə silahının yayılmaması, nüvə təhlükəsizliyi və sülhməramlı əməliyyatları təşviq etmək üçün həm beynəlxalq, həm də regional səviyyədəki bütün  tərəfdaşlarımızla  çalışırıq.

Ermənistan  Malidə, Livanda, Kosovoda və Əfqanıstanda fəaliyyət göstərən  sülhməramlı  əməliyyatlarda iştirak edir və tibbi yardım və minatəmizləmə əməliyyatları həyata keçirən humanitar missiya həyata keçirir.

Effektiv  çoxtərəfliyin faydaları  Davamlı inkişaf məqsədlərinə çatmaq üçün həyata keçirilən qlobal səylərdə əks olunur. Ermənistanda Davamlı inkişaf məqsədlərinin milliləşdirilməsi prosesi  2050-ci ilə qədər nəzərdə tutulmuş 16 meqa-məqsədləri daxil olan iddialı transformasiya strategiyasının başlanması ilə tamamlanır.

Təhsil, innovasiya və smart inkişafın prioritetləri,  inklüziv və iştirakçı  siyasi və iqtisadi mühit inkişaf və insan hüquqları arasındakı  qarşılıqlı asılılığı vurğulayır. Ermənistan üçün qadınların və gənclərin rolunun daha da artması  əhəmiyyətlidir. Biz  həm ölkənin daxilində, həm də  beynəlxalq  gündəliyində  bütün bu məsələlərinə diqqətimizi yönəltməyə davam edəcəyik.

Mən həm də iqtisadi və ekoloji  siyasətin inteqrasiyasını mühüm saymaq istəyərdim.  Ermənistan orta temperaturun 1.3 dərəcə artdığını qeydə alaraq, artıq iqlim dəyişikliklərin  mənfi  təsirini hiss edir. Bu qlobal çağırışların qarşısı alınması məqsədilə  biz Baş katibin himayəsi altında İqlim Fəaliyyət Sammitində Ermənistanın milli öhdəliyinin bir hissəsi olan innovativ iqlim maliyyələşdirmə mexanizmini inkişaf etdirmək üçün çalışırıq.

Davamlı imkişaf  və insan hüquqlarının müdafiəsi  inklüziv  proses olmalıdır. Bu siyasi statusundan və coğrafi yerindən asılı olmayaraq, hamı üçün əlçatan olmalıdır. Heç kim, o cümlədən Dağlıq Qarabağ xalqı  davamlı inkişaf vasitələrindən kənarda qalmamalıdır.

Digərlər kimi, Dağlıq Qarabağ  insan hüquqlarını gücləndirmək, yoxsulluğu aradan qaldırılmaq, təhsili yaxşılaşdırmaq, iqlim dəyişikliyinə cavab vermək və inklüziv cəmiyyət qurmaq üçün beynəlxalq maliyyə və texniki yardım  almalıdır.

Demokratik ölkə və beynəlxalq cəmiyyətin etibarlı və proqnozlaşdırılan üzvü olaraq, Ermənistan  qlobal  sülhün və təhlükəsizliyin qorunması üçün, davamlı inkişafın təşviqi və  insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi üçün beynəlxalq  əməkdaşlı töhfələrini davam etdirəcək.

Biz qlobal çağırışlara cavab vermək  və xalqlarımız üçün irəliləyiş və firavanlıq təmin etmək üçün konstruktiv  dialoqun davam etdirilməsinə sadiqik.

Biz ayırıcı xətlərə və qarşıdurma siyasətinə qarşıyıq. Biz 21-ci əsrdə mənasız həsab edilən, lakin regionumuzda hələ mövcud olan qapalı sərhədlərə qarşıyıq.

Biz, soyqırım dəhşətindən keçən bir millət olaraq, bizim qeyri-sabit regionumuzda qarşılıqlı anlayış və sülh naminə çıxış edirik. Cənubi Qafqazda hərbi üstünlüyün real olmayan ümidlərinə əsaslanan eskalasiya və silahlanma yarışı siyasətinin gələcəyi yoxdur.

Bizim regionumuzdakı xalqlar xeyirxahlıq etmək, uşaqlarını qidalandırmaq, tərbiyə etmək və parlaq bir gələcək qurmaq üçün  azad və sülh yaşamağa layiqdir.

Diqqətiniz üçün təşəkkür edirəm.

Daha çox göstər
Back to top button