
Nyu Yorkda ER Xİ naziri Zohrab Mnatsakanyanın Avropada təhlükəsizlik və əməkdaşlıq təşkilatının Baş katibi Tomas Qrembingerlə görüşü keçirilib. Nazir Mnatsakanyan Ermənistanın müxtəlif sahələrdə ATƏT katibliyi ilə əməkdaşlığa önəm verdiyini vurğulayıb. Həmsöhbətçilər ATƏT “Ermənistanla əməkdaşlıq proqramı” çərçivələrində qarşılıqlı işgüzarlığın imkanlarına, həmçinin ATƏT bütün üç platformlarda birgə proqramların həyata keçirilməsinə toxunmuşlar.
Baş katibin xahişi ilə Ermənistan Xarici işlər naziri Dağlıq Qarabağ sülh prosesinin hazırkı vəziyyətinə toxunub, xüsusən sentyabrın 23-də Nyu-Yorkda Azərbaycan Xarici işlər naziri ilə ATƏT-in Minsk qrupunun vasitəçiliyi və iştirakı ilə keçirilən görüşə nəzər yetirilib. Hər iki tərəf son aylarda gərginliyin qismən cüziləşməsini müsbət qiymətləndirib.
Nazir Mnatsakanyan qeyd edib ki, erməni tərəfi atəşkəsin möhkəmlənməsi və gərginliyin cüziləşdirilməsi istiqamətində ardıcıl şəkildə səylərin artmasını və müvafiq mexanizmlərin tədbiqi və möhkəmləndirilməsini vurğulayıb.