BaşlıcaSiyasət

ER diplomatı BMT-də: Sovet Azərbaycanının “Ərazi bütövlüyünün” bərpası, SSRİ-nin bərpası kimi imkansızdır

“Sovet Azərbaycanının “Ərazi bütövlüyünün” bərpası, SSRİ-nin bərpası kimi imkansızdır. Biz təəssüf edirik ki, Azərbaycan tərəfi BMT Təhlükəsizlik Şurasının qətnamələrini təhrif etmək təcrübəsini davam etdirir. Bu qətnamələr münaqişənin hərbi mərhələsində qəbul edilmişdi və münaqişəni hərbi yolu ilə həll etməyə çalışan Azərbaycanın mövqeyi səbəbindən hərbi əməliyyatların dərhal dayandırılmasına səbəb olmamışdılar”. Bunu BMT Baş Assambleyasının sessiyasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun BMT-dəki çıxışına cavab olaraq ER-nın BMT-dakı daimi nümayəndəliyinin diplomatı Davit Knyazyan bildirib.

ER nümayəndəsi bildirib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ilkin səbəblərini və öz təcavüzünün nəticələrini qəsdən alt-üst edir.

“Bugün atəşkəsdən 25 il sonra BMT qətnamələrinin əsas məqsədi olan tam atəşkəs hələ ki, əldə edilmədi. Azərbaycan qətnamələrin digər elementlərini dəyərləndirmədən yalnız bir elementini təqdim edir. Məsələn, blokadanın qaldırılması və ya qətnamələrdə qeyd olunan münaqişə tərəflərinə məhəl qoymaması kimi elementləri.

Bütün qətnamələrdə Dağlıq Qarabağ münaqişənin tərəfi kimi açıq şəkildə tanınır. Azərbaycan qətnamələri həyata keçirməyə hazırdırsa, münaqişənin həlli prosesində irəliləyiş əldə etmək üçün ilk növbədə Dağlıq Qarabağ hakimiyyətinə müraciət etməlidir. Münaqişənin həllində əsas maneə Ermənistanın və ya Dağlıq Qarabağın mövqeyi deyil, Azərbaycanın siyasəti və münaqişənin sülh yolu ilə həllinə mane olan hərəkətlərdir”,-deyə Davit Knyazyan qeyd etdi.

Daha çox göstər
Back to top button