İctimaiyyət

Gəncə məhbusunun vəfat etdiyi bildirilir

2018-ci ildə Gəncə şəhərində baş verən hadisələrə görə, həbs edilən Eşqin Quliyevin Penitensiar Xidmətin müalicə müəssisəsində vəfat etdiyi bildirilir.

“Amerikaninsesi.org” saytına əsasən, bu barədə məhbusun yaxınları bildirib. Amma məlumatı, hələlik, Penitensiar Xidmətdən dəqiqləşdirmək mümkün olmayıb.

Verilən məlumata görə, hazırda cənazə Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə gətirilib.

Eşqin Quliyevin Hepatitdən əziyyət çəkdiyi bildirilirdi.

Gəncə hadisələri ilə bağlı həbs olunan digər bir məhbsu Aydın Qurbanov bu il iyulun 9-da Penitensiar Xidmətin xəstəxanasında vəfat edib.

Daha çox göstər
Back to top button