
AİB-də Ermənistanın sədrliyi zamanı Ermənistan inteqrasiyanın müsbət dinamikasını təmin etmək, habelə ölkələrimizdə iqtisadi artım üçün əlavə təkan ola biləcək məsələləri həll etmək üçün hər cür səy göstərdi. Bu barədə “Avrasiyanın tranzit potensialı” adıyla ikigünlük beynəlxalq konfransınnın açılış mərasimində ER baş naziri Nikol Paşinyan bəyan edərək, əlavə edib: “Bu kontekstdə əsas sahələrdən biri Avrasiya infrastrukturlarının inkişafı və şaxələndirilməsidir ki, bu da AİB-nin daxilində əmtəə dövriyyəsinin artımını, habelə xarici bazarlara mal ixracını təmin edəcəkdir.
Tarixi olaraq, Avrasiya ticari, iqtisadi, mədəni, rabitə proseslərinin mozaika olmuşdur və Şərqlə Qərb arasındakı ticarət mərkəzində, Böyük ipək yolu üzərində yerləşən Ermənistan da az rol oynamayıb. Ermənistanın ən qədim şəhərlərindən “Ermənistanın Karatagen” kimi tanınan Artaşatın yüksəlişi, möhtəşəm memarlıq abidələri ilə tanınan əsrlik paytaxtı Aninin inkişafı məhz onların İpək Yolu üzərində yerləşmələri ilə əlaqədar idi.
İran, Vyetnam, Çin, Singapur ilə azad iqtisadi razılaşmaların imzalanması , eləcə də Serbiya, Misir, Hindistan ilə müvafiq razılaşmaların imzalanacağı dünya iqtisadiyyatına tam inteqrasiya olunmaqla Birliyin iqtisadi potensialını gücləndirməklə yanaşı, nəqliyyat dəhlizlərinin coğrafiyasını və qitənin tranzit potensialını da genişləndirəcəkdir”.