BaşlıcaSiyasət

Sinqapurun Baş naziri Ermənistandadır: “Ermənistan və Sinqapur əməkdaşlığını genişləndirəcəklər”

Sinqapur Respublikasının Baş naziri Li Syen Lunun rəhbərlik etdiyi  hökumət nümayəndə heyəti Ermənistanda rəsmi səfərdədir. İkitərəfli rəsmi danışıqların sonunda iki ölkənin Baş nazirləri birgə mətbuat konfransı keçirdi. ER Baş naziri qeyd edib ki, Ermənistanla Sinqapurun ortaq maraqlı cəhətləri var: “Bizim ölkələrimiz təbii sərvətlərlə zəngin deyil və inkişaf strategiyasını insan kapitalından səmərəli istifadəsi üzərində qurur. Təhsil, bilik və yenilik, çalışqanlıq və optimistlik dövlətlərimizin inkişafının qarantı və hərəkətverici qüvvəsidir”-deyərək  Nikol Paşinyan əlavə edib ki, danışıqlar zamanı beynəlxalq qurumlarda, xüsusən də BMT çərçivəsində səmərəli əməkdaşlığın genişləndirilməsindən danışdılar.

Sinqapurun Baş naziri erməni həmkarı ilə ikitərəfli əlaqələrin, o cümlədən mübadilə və işgüzar səfərlərin genişləndirilməsi imkanlarını müzakirə etdiyini qeyd etdi.“Biz Avrasiya İqtisadi İttifaq – Sinqapur Azad ticarət sazişini müzakirə etdik və bu görüş zamanı sazişi imzalamağa imkan verən əvvəlki görüşümüzdən sonra ciddi irəliləyiş əldə etdik”.

Daha çox göstər
Back to top button