
Artsax Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Artak Beglaryan Strasburqa öz səfəri çərçivəsində Strasburq Universitetini ziyarət edib və beynəlxalq münasibətlər üzrə magistr tələbələri üçün Azərbaycan-Artsax münaqişəsi, Artsax dövlət quruculuğu prosesi və insan hüquqları müdafiə mexanizmləri və vəziyyəti barədə mühazirə oxudu.
Artsax Respublikasının İnsan hüquqları üzə Müvvəkilin ofisindən bildirildiyinə əsasən, Ombudsman münaqişənin tarixini qısaca olaraq təqdim etdi ki, münaqişə Artsaxdakı ermənilərini öz vətənindən məhrum etmək məqsədilə onların əsas hüquqlarının uzun və kobud şəkildə pozulması nəticəsində başlandı: “Məhz bu səbəbdən 30-dan çox il əvvəl Artsax əhalisi Azərbaycan işğalına qarşı və onun hüquq və azadlıqlarının qorunması üçün ayağa qalxdı.
Bu beynəlxalq hüququn əsas normalarına əsaslanan mütərəqqi hərəkat idi, ancaq çətin müharibədə öz vətənimizdə ləyaqətlə yaşamaq hüququmuzu müdafiə etməliydik. İndi Artsax Azərbaycan təhdidləri ilə paralel olaraq, dövlət quruculuğu və inkişafı yolundadır”.
Artak Beglaryan insan hüquqlarının müdafiəsinin hazırkı durumunu, onun mexanizmlərini və problemlərini də təqdim edib. O vurğuladı ki, Artsax beynəlxalq ictimaiyyətin ayrılmaz hissəsi olduğunu nəzərə alaraq, beynəlxalq insan hüquqları standartlarını mümkün qədər tətbiq etməyə hazırdır.
Ombudsman tələbələri Artsaxı ziyart etməyə və bölgə ilə bağlı araşdırma aparmağa dəvət edib.