BaşlıcaSiyasət

Ermənistanda erməni-rus birgə batalyon strateji təlimlərinə başlanılıb

“Bağramyan” paliqonunda birləşmiş hərbi qrupunun komandiri, general-mayor Tigran Parvanyanın başçılığıyla erməni-rus birgə batalyon strateji təlimlərinə başlanılıb. RF Cənubi hərbi okruqunun mətbuat xidmətindən verilən məlumata görə, motoatıcı bölmələrin komandirləri artilleriya, tank, kəşfiyyat, mühəndis bölmələri, rabitə mütəxəssisləri ilə birlikdə şərti düşməni aşkar etmək, bloklamaq və məhv etmək üçün bir sıra tapşırıqlar yerinə yetirib.

Birgə batalyon strateji təlimləri zamanı  iki ölkələrin hərbiçiləri Cənubi hərbi okruqun hava hücumundan müdafiə, qırıcı, hücum və ordu aviasiya sistemlərinin köməyiylə kəşfiyyat atəşi (vuruş) konturlarını sistemləşdirəcək,  gecədə aerobik taktiki qruplar, tank “döyüşləri” və “karuselləri”, artilleriya qarşıdurma mübarizəsi, snayper döyüşləri, döyüş atışlarından istifadə edəcək, eləcə də maksimum məsafədən və qapalı atəş mövqeyindən atəş açacaq.

Operativ-taktiki, hücum, ordu və pilotsuz aviyasiya şəxs heyətləri aparıcı aviasiya snayperləriylə birlikdə təlim və uçuş-taktiki tapşırıqları yerinə yetirəcəkdir. Erməni-rus ikitərəfli batalyonu təlimlərində RF Cənubi hərbi okruqunun və Ermənistan Respublikasının Silahlı Qüvvələrinin  mindən çox hərbi qulluqçusu iştirak edir, təxminən 500 ədəd hərbi və xüsusi texnika, o cümlədən MiG-29 qırıcıları, Su-25 hücum təyyarələri, Mi-24P və 8-MTV vertolyotlarından istifadə etmşlər.

Daha çox göstər
Back to top button