
Ermənistanın Baş naziri Nikol Paşinyan, Aİİ-nın Ali İqtisadi Şurasında iştirak etmək məqsədiylə Ermənistana gələn Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşüb. ER Baş nazirin iş heyətindən verilən məlumata görə, Nikol Paşinyan qeyd edib: “
“Bu görüşdən çox məmnunam, çünki münasibətlərimizə dair yaxşı səviyyədə olan bəzi məsələləri müzakirə edə biləcəyik. Əlbəttə, biz daimbu haqda danışmışıq deməklə ki, əldə olunmalar üzərində dayanmamalıyıq, nail olduğumuz münasibətləri inkişaf etdirməyi davam etməliyik. Belarus strateji tərəfdaşımızdır, özü də çox vacib tərəfdaşımızdır və bu istiqamətdə çox məhsuldar işləyirik. Ümidvaram ki, bu əməkdaşlıq getdikcə daha məhsuldar olacaqdır”.
Aleksandr Lukaşenko öz nitqində demişdir: “Bu gün potensialımızı nəzərə alsaq, əmtəə dövriyyəmiz azdır, amma bu, ümumiyyətlə ola da bilməzdi. Həm siz, həm də bir çoxumuz fikirləşdik ki, yaxşı işləməyəcəyik, Yerevan ətrafındakı dövlətlərlə əməkdaşlıq edəcək, amma biz o zaman dedik ki, yox, gərək tədricən münasibətlər qurmalıyıq.
Bu gün Siz Baş nazir olandan sonra məlumatlara baxdım – əmtəə dövriyyəsində 140 faiz artımımızolduğunu gördüm. Çox yaxşı tempdir. Xüsusilə Avrasiya İqtisadiyyat İttifaqına daxil olduğumuz zaman yollar tapdıq və Sizi əmin etməliyəm ki, bu beləcə də davam edəcəkdir. Sizi, Belarusiyadakı işinizi dəstəkləyirik, müəssisələrimizlə maraqlanırsınızsa, Ermənistana gələrik, birgə müəssisələr yaradarıq.
Nikol Vovayi, bunu o münasibətilə deyirəm ki, Ermənistana olan münasibətdə siyasətimizin dəyişdiyini düşünməyin. Bilirsiniz, əgər bizimlə əməkdaşlıq etməkdən Siz imtina etsəniz də, məsələn birdir, biz dost dövlət olduğumuzu israr edəcəyik və bilməlisiniz ki, biz həmişə Ermənistanın arxasında durmağa hazırıq.
Belə alınıb ki,Siz mənim çox yaxşı dostumsunuz. Azərbaycan Prezidentisə hələ keçmiş zamanlardan yaxşı dostdur. Mən nə edə bilərəm? Mən Heydər Əliyev prezident olarkən həm Ermənistanla, həm Azərbaycanla, həm də Azərbaycan rəhbərliyiylə çox yaxşı münasibətlərdə olmuşam, onunla işləməyə başlamışıq. Sizinlə də yaxşı münasibətlərimiz var.
Ermənistana qarşı olacağımızdan qətiyyən,əsla narahat olmayın. Belarusiyaya gəlin, sizə nə lazım olduğunu göstərin, biz Ermənistanın xeyrinə işləməyə hazırıq. İnanın, bunlar səmimi münasibətlərdir”.
Nikol Paşinyan qeyd edib: “Bilirsiniz ki, bizim Azərbaycanla münasibətlərimiz çox asan deyil, bir sözlə desək münaqişəli vəziyyətdəyik.KTMT çərçivəsində bu məsələni də müzakirə etmişik.
Əlbətdə ki, hər bir dövlət öz maraqlarını nəzərə almalıdır, amma qeyd etmək istədiyimiz kimi, kollektiv maraqlarımızın da olduğunu vurğulamaq istərdim və çox məmnunam ki, birlikdə çalışıb bütün nüansları ortaq bir fikrə gəlməkçün müzakirə edə bilərik.
Əlbətdə, bütün məsələlər asan deyil.Əminəm ki, ölkələrimizin, xalqlarımızın və qardaşlığımızın dostluğu və qardaşlığı getdikcə artaraq,daha da səmimi olacaqdır və bütün məsələləri həll etmək üçün kifayət qədər müdrikliyimiz, kifayət qədər cəsarətimiz və kifayət qədər iradəmiz vardır”.