BaşlıcaSiyasət

Paşinyan və Ruhani Ermənistan-İran gündəmindəki bir sıra məsələləri müzakirə etdilər

ER Baş naziri Nikol Paşinyan AİB Ali İqtisadi Şurasının iclasında iştirak etmək üçün Ermənistanda olan İran İslam Respublikası Prezidenti Həsən Ruhani ilə görüşüb.

ER hökumətindən verilən məluamata görə. Nikol Paşinyan qeyd etdi ki, iki ölkə arasında əlaqələr yaxşı olub və olmaqda davam edir. Erməni tərəfinin mövqeyi isə odur ki, İranla münasibətlər mümkün olduğu qədər geosiyasi təsirlərdən uzaq olmalıdırlar.

Həsən Ruhani deyib: “ Biz bir dost və qonşu olaraq Ermənistanla bütün sahələrdə əlaqələri inkişaf etdirməyə və genişləndirməyə əhəmiyyət veririk. Biz Sizin hökumətinizlə yeni layihələrin hazırlanması və həyata keçirməsi, elektrik enerji üçün qaz layihəsi həcminin genişləndirilməsi məqsədilə işlərimizi davam etdirməyə hazırıq. Eyni zamanda, Ermənistanda qaz, külək və günəş vasitəsilə elektrik enerjinin istehsal layihələrinin yerinə yetirməsinə hazırıq. Biz energetik sahədə regional layihələrin həyata keçirilməsində və infrastrukturların inkişafında maraqlıyıq”.

Ruhaninin sözlərinə görə, İran tərəfi Ermənistanla həmçinin nəqliyyat infrastrukturları sahəsində, o cümlədən ölkəmizdə müxtəlif yol tikintisi layihələrində əməkdaşlıqda maraqlıdır.

Baş nazir Paşinyan elektrik enerji üçün qaz layihəsinin genişləndirilməsində İran tərəfinin hazır olmasını alqışlayıb. Ermənistan Baş naziri və İran Prezidenti iki ölkə hökumətlərinin cavabdehlarına ən qısa müddət ərzində bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün təkliflər hazırlamağı və təqdim etməyi tapşırdılar.

Görüşdə dəmir yolu, yüksək texnologiyalar, gömrük, elm, turizm sahələrində əməkdaşlıqla bağlı məsələlərə də toxunulub.

Həsən Ruhani vurğulayıb ki, Baş nazir Paşinyanın başçılıq etdiyi qurup Ermənistanda hakimiyyətə gəldikdən sonra iki ölkə arasında ticarətin dövriyyəsinin həcmi xeyli artdı, ortaq layihələr isə uğurla həyata keçirilməyə davam edir. İran prezidenti Meğri SES-in tikinti layihəsinin həyata keçirilmə prosesi, ikitərəfli kapital qoyuluşlarının genişləndirilməsi, azad ticarət zonaları vasitəsilə ticarət dövriyyəsinin həcmlərini müzakirə etməyə hazır olduqlarını da əlavə etdi.

Tərəflər Fars körfəzini Qara dənizə birləşdirən tranzit yolları barədə də fikir mübadiləsi aparıblar. Baş nazir Paşinyan bu proqramın reallaşdırılmasının ölkəmizin strateji maraqlarına cavab verdiyini və Ermənistanın bu məqsədlə əməli addımlar atmağa hazır olduğunu vurğuladı.

Görüşdə tərəflər regional əhəmiyyət daşıyan digər məsələləri də müzakirə etdilər və Qarabağ məsələsinin həlli prosesinə toxundular. Baş nazir Paşinyan İran prezidentinə Dağlıq Qarabağ münaqişəsinə dair balanslı mövqe tutduğuna görə təşəkkür etdi. Öz növbəsində, Həsən Ruhani, münaqişənin bütün tərəflərinin mövqeyini və fikirlərini nəzərə alaraq münaqişənin dinc danışıqlar yolu ilə həllinin vacibliyini vurğuladı.

Daha çox göstər
Back to top button