Artsax paytaxtı Stepanakertinin hava limanı çoxdan istismara hazırdır, lakin Azərbaycan tərəfindən Artsax və oraya gələn qonaqlar, mülki şəxslərin hava hüquqlarının qorunması sual altındadır. Bu konkret məsələdir və məncə, Parlament Assambleyamız tərəfindən hüquqi və siyasi qiymət verilməlidir. Bu haqda AŞPA-nın payız sessiyasında çıxış edən erməni nümayəndə heyətinin nümayəndəsi, ER parlamentinin deputatı Mikayel Melkumyan bildirib.
Onun çıxışında deyilir:
“İndi və gələcəkdə müxtəlif ölkələr öz xalqlarının təhlükəsizliyini və dinc həyatını təmin etmək üçün müəyyən bir inteqrasiya səviyyəsi mümkün olmasa belə qonşu ölkələri ilə dinc yaşama şərtlərində olmalıdırlar.
Təəssüf ki, məlum səbəblərə görə Ermənistan Respublikası 30 ildən artıqdır ki, dörd qonşusundan ikisi – Azərbaycan və Türkiyə ilə kifayət qədər normal münasibətlərdə deyildir. Sonuncu ilə bu vəziyyətin əsas səbəbi bir qədər fərqlidirsə, Azərbaycanla bu çox aydındır, baxmayaraq ki, ikinci halda da məsələ Artsax Respublikasının de-fakto statusu ilə şərtlənir. Eyni zamanda, bu proses, yəni münaqişənin sülh yolu ilə həlli çox uzun müddətə təxirə salına bilər, Artsaxda yaşayan insanlar isə beynəlxalq səviyyədə tanınmış insan hüquqlarından və təhlükəsizlik hüquqlarpından istifadə etməlidirlər.
Bunlardan biri nəqliyyatın, xüsusən də Artsaxın dinc havasının təmin olunmasıdır. Bu vəziyyətdə söhbət mülki aviasiya ilə bağlıdır. Artsaxın paytaxtı Stepanakertinin hava limanı çoxdan istismara hazırdır, lakin Azərbaycan tərəfindən Artsax və oraya gələn qonaqlarının və mülki şəxslərin hava hüquqlarının qorunması ciddi sual altındadır.
Bu konkret bir məsələdir və fikrimcə Parlament Assambleyamız tərəfindən hüquqi və siyasi qiymət verilməlidir. Əgər Azərbaycan illər boyunca ATƏT-in Minsk Qrupu həmsədrlərinin tələblərini yerinə yetirməkdən, yəni təmas xəttində atəşkəs rejiminin pozulmasının qeyd edilməsi üçün kabel sistemi yerləşdirməkdən imtina edirsə, bu, onun həqiqi məqsədlərinin daha bir sübutudur”.