BaşlıcaEkonomika

Aİİ-ı ümumi maliyyə bazarı yaradır

Avrasiya İqtisadi İttifaqının Ali  İqtisadiyyat Şurası Yerevanda keçirilən  iclasın nəticələrini  ER Baş naziri Nikol Paşinyan və Avrasiya  İqtisadiyyat Əməkdaşlığının sədri Tiqran Sarkisyanla birgə mətbuat icmalında təhlil etmişlər. Tiqran Sarkisyan deyib ki, qəbul edilən qərarlar Avrasiya iqtisadi inteqrasiyasının dərinləşməsi üçün vacib addımdır:  Aİİ-nın ümumi maliyyə bazarının formalaşdırılması konsepsiyası barədə razılığa gələ bildik. Konsepsiyaya görə 2025-ci ilə qədər  Aİİ bazarı ümumi maliyyə bazarına açıq olacaqdır.  İclas ərzində Aİİ-ı Sinqapur və Aİİ-ı İran arasında əməkdaşlığın perspektivləri çox fəal şəkildə  müzakirə  edildi”.Jurnalistlərin suallarını cavablandırmaqla ER Baş naziri İran-Aİİ əməkdaşlığı  razılaşmasını dəyərləndirmişdir.“Bu razılaşma İran və Ermənistan iş adamları üçün yeni imkanlar  yaradır.Ümumiyyətlə, biz bu məsələni təkcə İran-Ermənistan münasibətləri kontekstində deyil, İran-Aİİ  münasibətləri kontekstində görürük. Bir çox imkanlar var. Ümid edirik ki, iş adamlarımız bundan istifadə edəcəklər”. Paşinyan bildirib ki, hazırda böyük infrastruktur layihələri həyata keçirilir. Aİİ-İran və eyni zamanda Ermənistan-İran ticari-iqtisadi əlaqələrini daha da  aktivləşdirəcəklərinə inanır.

Daha çox göstər
Back to top button