Siyasət

Azərbaycan-İran sərhədində silahlı insident baş verib

Oktyabrın 2-nə keçən gecə Azərbaycan sərhəd qoşunlarının hərbiçiləri Azərbaycan-İran sərhədində Beyləqan rayonunun Əmirzeyitli kəndi yaxınlığında 3 nəfərin sərhədi pozduğunu aşkar edib.

Pozucular “Dayan” əmrinə tabe olmayıblar və sərhədçilərə atəş açaraq İran tərəfə getməyə çalışıblar. Cavab atəşi ilə hər üç pozucu öldürülüb.

Pozuculara baxış zamanı içərisində ümumi çəkisi təxminən 15 kq olan müxtəlif növlü narkotik vasitələr, 1 ədəd lüləsi kəsilmiş tüfəng, patronlar və gilizlər aşkar olun­ub.

Pozucuların şəxsiyyəti müəyyən edilir. Hadisənin araşdırılması üzrə tədbirlər görülür.

Daha çox göstər
Back to top button