İctimaiyyət

Ekspert: Əhalinin üçdə biri xarici ölkələrdədir

Oktyabrın 1-dən Azərbaycanda əhalinin siyahıya alınması start götürüb. Proses oktyabrın 10-na kimi davam edəcək.

DSK-dan verilən məlumata görə, Azərbaycan əhalisinin yeni siyahısı 2022-ci ilin sonunda nəşr olunacaq. Siyahıyaalma məlumatlarının emalı, əldə edilmiş çıxış cədvəlləri əsasında məcmuənin hazırlanması isə 2021-ci ilə nəzərdə tutulur.

DSK sədri Tahir Budaqov əhalinin siyahıya alınmasının səbəbləri, zəruri tərəfləri barədə fikirlərini qurumun saytında ifadə edib:

«Siyahıyaalma hər yaşayış məntəqəsində əhalinin iki kateqoriyasını fərqləndirir: daimi və mövcud əhali. Daimi əhali siyahıyaalma anında evində olub-olmamasından, yəni müvəqqəti qaibliyindən asılı olmayaraq, həmin yaşayış məntəqəsində daimi yaşayan şəxslərdən ibarətdir. Mövcud əhali isə daimi, yaxud müvəqqəti yaşamasından asılı olmayaraq, siyahıyaalma anında həmin yaşayış məntəqəsində olan bütün şəxslərdən ibarətdir».

Amma bu məsələdə bir məqam diqqət çəkir. Son illər DSK ilə Mərkəzi Seçki Komissiyasının (MSK) siyahılarında ölkədə seçici yaşda insanların sayında kəskin fərq müşahidə edilib. Bu hal beynəlxalq təşkilatların da hesabatında öz əksini tapıb.

Əhali sayına gəlincə, H.Həsənov qeyd edib ki, bu, hər il verilən ölüm və doğum statistikasına əsasən müəyyən edilir. Onun fikrincə, bu siyahıda da təxminən bir neçə ay öncə verilmiş rəqəm əks olunacaq: «Siyahıyalama real əsaslar, əhalinin faktiki yerləşmələri, sayı üzrə aparılmalıdır. İndiki halda əhalinin üçdə biri xarici ölkələrdədir. Rusiyadadır, Türkiyədədir, Avropa ölkələrindədir. Bu baxımdan, bu siyahıyaalma bir qədər formal xarakter daşıya bilər. Biz özümüz də vaxtilə bu siyahıyaalma proseslərində iştirak etmişik. Alınan nəticələr heç də tam olaraq reallığı əks etdirmir».

Daha çox göstər
Back to top button