
ER Baş nazir Nikol Paşinyan əmindir ki, Rusiya prezidenti ilə görüşlər Ermənistan-Rusiya münasibətlərinə yeni təkan verəcək.
“Hesab edirəm ki, hava limanında Rusiya prezidenti ilə ətraflı söhbətimiz Ermənistan-Rusiya münasibətlərinə yeni təkan verəcək. Rusiya prezidenti ilə rəsmi və qeyri-rəsmi görüşlərimiz bir-birinin məntiqi davamıdır”-deyə facebook səhifəsində Nikol Paşinyan yazıb.
Zvartnots hava limanında Nikol Paniyan ilə Vladimir Putinin 1.5 saatlıq görüşü keçirilib. Bundan əvvəl rəsmi görüş və iki strateji müttəfiq başçılarının fərdi söhbəti olub.
“Ermənistan-Rusiya münasibətləri etibarlı və müsbət istiqamətdədir”- deyə ER Baş naziri bildirib.