BaşlıcaSiyasət

Nikol Paşinyan və Vladimir Putin erməni-rus münasibətlərinə dair geniş mövzular müzakirə ediblər

Avrasiya Ali Şurasının iclasından sonra Baş nazir Nikol Paşinyan Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşüb. ER Baş nazirinin iş heyətindən verilən məlumata  görə, Nikol Paşinyan qeyd edib: “Düşünürəm ki, bu gün Avrasiya Ali Şurası çərçivəsində həqiqətən əlamətdar hadisələr baş verdi. Sinqapurla bir müqavilə imzaladıq, İranla müvəqqəti Azad ticarət müqaviləsi qüvvəyə minir və bütün bunların Yerevanda  baş verdiyindən olduqca məmnunam.Bu Ermənistanın Avrasiya İqtisadi İttifaqa sədrliyi üçün yaddaqalan bir faktdır.Sözün düzü, məmnuniyyətlə Avrasiya İqtisadi İttifaqa sədrliyimizin bu şəkildə keçiriləcəyindən məmnunam.Əlbətdə vaxt hələ var. Ümid edirəm ki,  yenə də Aİİ-da başqa nəticələr yaza biləcəyik.Əlbətdə, ki, ikitərəfli münasibətlərimiz bizim üçün olduqca vacibdir. Rusiya bizim üçün strateji tərəfdaşdır və ümid edirəm ki, bu strateji tərəfdaşlığısa  daha da gücləndirəcəyimizə əminəm”.Vladimir Putin ölkələrimizin münasibətlərinin strateji xarakterini bir daha təsdiqləyərək, onların yalnız son illər və yaxud onilliklərdəki hadisələrlə deyil, iki xalqın münasibətlərinin çoxəsrlik tarixi ilə möhkəmləndiyini təstiqləyərək qeyd etdi: “Sizi isə Avrasiya İqtisadi İttifaqa Yerevanda sədrlik edən ölkə olaraq sammitin nəticəsi münasibətilə təbrik etmək istərdim. Bunlar həm üçüncü tərəflərlə münasibətləri inkişaf etdirmək baxımından həqiqətən yaxşıdır və daha əhəmiyyətlisi, heç bir problem yaranmadı, əksinə təşkilat daxilində iştirak edən dövlətlər arasında bütün razılaşmalar əldə edildi ki, bu da təqdirə layiqdir. Bu cür məhsuldar iş görmək üçün çox səy göstərən bir insansınız.  Odur ki,nəinki yalnız Sizi təbrik etmək həm də Sizə  təşəkkür etmək istəyirəm”-deyərək  Vladimir Putin  bəyan edib.Ermənistanın Baş naziri və Rusiya Prezidenti qarşılıqlı maraq doğuran geniş mövzuları müzakirə etdilər. Xüsusilə, həmsöhbətlər Ermənistan-Rusiya iqtisadi əməkdaşlığına, hərbi-siyasi tərəfdaşlığın daha da gücləndirilməsinə və regional əhəmiyyətli məsələlərə toxunublar.

Daha çox göstər
Back to top button