İctimaiyyət
Roma Papası Fransisk “Avrora”nın nümayəndələrini qəbul edəcək
Oktyabrın 2-də Vatikanda Roma Papası Fransisk “Avrora” humanitar təşəbbüsünün nümayəndələrini qəbul edəcək. Bu görüş “Avrora” nümayənə heyətinin Romaya səfərinin bir hissəsidir. Səfər ərzində humanitar sektorun və beynəlxalq medianın iştirakı ilə humanitar və sosial mövzularda dəyirmi masa keçiriləcək.
Bu mövzular ayın sonunda Yerevanda keçiriləcək “Avrora” forumu çərçivəsində müzakirə olunacaq. Roma Papası Fransiks ilə görüşdə “Avrora” forumunun qurucuları Nubar Afeyan və Ruben Vardanyan, eləcə də “Avrora” Dünya Humanitar Mükafatının üç mükafatçısı Tom Katina, Margarit Barankitse və Ço La Aun iştirak edəcəklər.