
Artsax Respublikasının hüquq müdafiəçisi Artak Beglaryan Strasburqda Avropa Şurasının müxtəlif yüksək vəzifəli şəxsləri ilə bir sıra görüşlər keçirmiş, onlara Artsaxdakı insan hüquqlarının vəziyyəti, münaqişəyləvə tanınılmamışıyla şərtləşən problem və çağırışları təqdim etmişdir. Artsax Respublikası İnsan Hüquqları müdafiəçisinin iş heyətindən verilən məlumata görə, Artak Beglaryan Avropa Şurası Parlament Assambleyasının Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin sədri Ştefan Şenak ilə görüşmüşdür. O, Artsaxdakı insan haqlarının vəziyyəti, mövcud problemlər, Avropa strukturları ilə cari əlaqələri və mümkün əməkdaşlıq perspektivlərini təqdim edib.
Şenakın eyni zamanda AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi olduğunu nəzərə alaraq, Ombudsman bu ölkənin qanun pozuntularına və təhdidlərinə toxundu.
O, Azərbaycanda dövlət siyasətçiliyinin anti- ermənilər təzahürləri üzərinə diqqəti cəmləşdirdi,həmməruzəçiyə ermənifobiya və Aprel müharibəsinin hüquq pozuntuları ilə bağlı AR İnsan haqları müdafiəçisinin məruzələrini təqdim etdi.
O vurğuladı ki, anti-erməniçilik Azərbaycanın sistematik şəkildə ermənilərin hüquqlarının pozulmasının əsasını təşkil edir, eyni zamanda bu bütün bölgənin təhlükəsizliyi və insan hüquqları üçün olduqca ciddi təhdiddir.
Artak Beglarian, eyni zamanda, AŞ PA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər məsələləri üzrə sədr müavini və Məcburi köçkünlərin hüquqları üzrə məruzəçi Kilyon Munyama ilə görüşmüşdür. O, Artsaxda yaşayan məcburi köçkünlərin və qaçqınların problemlərini beynəlxalq qurumlar tərəfindən tamamilə etinasızlığını qəbuledilməz hesab edərək təqdim etdi. Ombudsman həm AŞPA deputatları, həm də Avropa Şurasının müstəqil qurumlarının bəzi rəsmiləri ilə bir sıra digər görüşlər keçirmişdir.
Bütün görüşlərdə Avropa Şurası rəsmiləri, işlərin hazırkı vəziyyətinə və tanınmamış dövlətlərin beynəlxalq iştirakını təmin etmək üçün təcili ehtiyac olduğunu qəbul edərək, Artsax sakinlərinin hüquqlarının müdafiəsi ilə bağlı məsələlərə maraq göstərdilər.