BaşlıcaSiyasət

Artsax öz təhlükəsizliyini Azərbaycan təcavüzündən müdafiə edə bilər: Tatev Hayrapetyan

Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, ER parlamentinin millət vəkili Tatev Hayrapetyan “Terror qurbanlarını qorumaq və dəstəkləmək” adlı məruzə ilə çıxış etdi.

“Armenpress”-in məlumatına görə, Hayrapetyan terrorizmin sülh, təhlükəsizlik və sabitliyə, insan hüquqlarının reallaşdırılmasına və sosial-iqtisadi inkişafa ən böyük təhdidlərdən biri olduğunu vurğuladı.

Millət vəkili xüsusilə müharibə dövründə terror aktlarının şahidi olduğumuzu vurğuladı. Suriya bunun bariz nümunəsidir. Eyni zamanda, Dağlıq Qarabağda Azərbaycanın başlatdığı dördgünlük müharibə zamanı Azərbaycan ordusu tərəfindən aşkar və qeydə alınan terror aktlarının şahidi olduq.

“Vətəndaşlar müharibə vəziyyətində belə hədəfə çevrilə bilməzlər və çevirilməməlidirlər, lakin bu hələ də davam edir. Cenevrə Konvensiyalarına əsasən, hətta müharibə dövründə terrorçuluq və mülki şəxslərə qarşı zorakılıq qadağandır. Bu kimi hallara laqeyd qala bilmərik, bunlar bizim tərəfimizdən sərt tənqid olunmalı və lazımi tədbirləri görülməlidir. Buna görə bu hesabat çox vacibdir․

Mən azərbaycanlı həmkarlara cavab vermək istərdim: tarixi saxtalaşdırmaqla reallığı dəyişə bilməzsiniz və reallıq օdur ki, Dağlıq Qarabağ və ya Artsax qədim zamanlardan bəri orada yaşayan insanlara aiddir. Bu insanlar Azərbaycan təcavüzündən öz təhlükəsizliyini və yaşamaq hüquqlarınını bütün mümkün üsulları ilə qorumağa qadir olduqlarını dəfələrlə göstərmişdirlər”,-deyə Tatev Hayrapetyan qeyd etdi.

Daha çox göstər
Back to top button