BaşlıcaEkonomika

Gələcək iki ildə EAES üçün tam miqyaslı simulyatorun inkişafı başa çatacaq

Gələcək iki ildə EAES üçün tam miqyaslı  simulyatorun inkişafı  başa çatacaq. Simulyatoun təkmilləşdirməsi ABŞ Energetika Departamentinin dəstəyi ilə həyata keçirilir. Bunun zəruriliyi zamanın tələbi ilə şərtlənir və Ermənistan AES işçilərinin peşə bacarıqlarının artırılmasına yönəlib. EAES-da həm də sənaye anti-seysmik mühafizə sistemi təkmilləşdirilib. Təkmilləşdirilmiş rəqəmsal sistemlərlə bu sistemin üçüncü nəsli də istifadəyə verilib. Bu barədə “Ermənistan Respublikası” qəzeti məlumat yayıb.

Əlavə edək ki, yeni nüvə elektrik stansiyalar inşa edən Özbəkistan və Banqladeş məhz Ermənistanın AES təhlükəsizlik sistemləri ilə maraqlanırdı.

“Hayatom” elmi araşdırma İnstitutu tərəfindən təqdim olunan təkliflər müxtəlif nüvə stansiyalarına avadanlıq verən ABŞ diler şirkətlərini də maraqlandırdı.

Daha çox göstər
Back to top button