BaşlıcaSiyasət

Sos Avetisyanın AŞPA hesabatındakı çıxışı: “Azərbaycan terrora dəstək verir”

Azərbaycan terrorizmin sponsorudur, çünki həmin ölkə başçısı NATO-nun sülhməramlı missiyasını yerinə yetirərkən erməni zabiti Gürgen Margaryanı yatarkən baltayla qətlə yetirənə- Ramil Səfərova mayor rütbəsini və  mənzili hədiyyə etdi. Bu haqda ER  parlament  deputatı, xarici münasibətlər üzrə Daimi komissiya  və AŞ PA-da Ermənistan nümayəndəliyinin üzvü Sos Avetisyan ”Terrorizm qurbanlarını müdafiə və dəstək üçün” rəmzini daşıyan hesabatın müzakirəsi zamanı bəyan edib.

Sos Avetisyanın idarəsindən verilən məlumata görə, Sos Avetisyan öz nitqində deyib: “Öncə, Fransanın parlament deputatı Marietta xanım Karamanlının bu hesabatı hazırlamaqda göstərdiyi səyləri qeyd etmək istərdim. Terror qurbanının dəstəklənməsi , eləcə də dünyanın hər hansı bir nöqtəsində mübarizə bütün dövlətlər üçün qlobal problemlərdən biri olaraq qalmaqdadır.Məruzə iki səbəbə görə son dərəcə dəyərlidir: Birincisi, hesabatlar o terror qurbanlarını səsləməyə cəhd edir, hansının ki, niyyəti üzv dövlətlərə təkliflər etmək və öz siyasətlərində terror qurbanlarını dəstəkləməkdir.

Terrorizm, bu gün geniş yayılmış bir fenomen olaraq (keçmişdə qeyri-insani hərəkətlər də baş vermiş olsa da) mürəkkəb nəticələrə malikdir. Zərərçəkənin terror qurbanı olaraq hədəfə alınması birbaşa cəmiyyətin üzərinə də yayıla bilər o da terrorun nəticəsi olaraq hədəflənmişdir. Bundan əlavə, məruzəçi haqlı olaraq terror aktları qurbanlarının xüsusi fiziki, maddi və psixoloji dəstəyə ehtiyacı olduğunu vurğuladı.

Terror qurbanlarının müdafiəsi üçün ümumdünya səylərinin göstərilməsini bir daha vurğulamağı zəruri sayıram. Bu məsələdə yetkin olmalıyıq. Təəssüf ki, azərbaycanlı həmkarlarımız Xanım Fətəliyeva və xanım Qafarova, bu qurumda nisbətən uzun təcrübələrinə baxmayaraq, ucuz manipulyasiya etməyi davam etməkdən  çəkinmirlər və bu yalanların yayılmayacağına ümid yoxdur. Bu saxta videoları hazırlayan gəncin yalnız məqsədi  o olub və digər qeydə alınan azərbaycanlı həmkarları da məhz bu yanaşmanı göstərəcəklər. Nə qədər ki, söz  terrorizmdən gedir,  Ramil Səfərovun NATO sülhməramlı missiyasını yerinə yetirərkən erməni zabiti Gürgen Margaryanı yatmış vəziyyətdə baltayla qətlə yetirməsini  xatırlamaq çətin deyil. Sonra nə oldu? Sizin sevimli prezidentiniz ona mayor rütbəsi və mənzil hədiyyə verdi. Haçan ki, bununla da dövlət terrorizmin sponsoru olur ki, bu da sadəcə kədərli bir  olaydır.

Xatırladım ki, müharibə çox vaxt terror aktlarını gizlətmək üçün örtük kimi istifadə olunur. Təəssüflər olsun  ki, bu, 2016-cı ildə Azərbaycanın Dağlıq Qarabağ Respublikasını aqressiyaya məruz qoyması zamanı baş vermiş və bu qanunsuz hərbi əməliyyat zamanı DQR-da heç bir hərbi məqsəd olmayan dinc  mülki  sakinlər işgəncələrə və  təhqirlərə məruz qalmışdılar.Terror qurbanlarını qoruyan müvafiq konvensiyanı inkişaf etdirməliyik. Bu hesabatda artıq bir sıra vacib sahmanlaşmalar, eləcə də siyasət tövsiyələri verilmişdir.Sonda məruzəçinin yanaşmasını və ehtiyatlılığını alqışlamaq istərdim.Bu doğru şəkildə göstərir ki, insan hüquq və azadlıqlarının müdafiəsi dövlətlərin terrorizmlə mübarizə qətiyyətinə zidd deyildir”.

Daha çox göstər
Back to top button