BaşlıcaEkonomika

Cari ildə Ermənistanda iqtisadi artım 7%-i aşa bilər: İqtisadiyyat naziri

2019-cu ildə Ermənistanda istisadi artım 7%-dən çox ola bilər. Bu haqda jurnalistlərlə söhbətdə ER İqtisadiyyat naziri Tigran Xaçatryan dedi. 

Onun sözlərinə görə, ER hökuməti yüksək iqtisadi artım üçün lazımi şəraitləri təmin etmə siyasəti yürüdür. “Hesab edirik ki, orta müddətdə Ermənistan ikirəqəmli iqtisadi artım üçün səy göstərməlidir. Qısa müddətdə isə 7-8% artım təmin etmək lazımdır”,-deyə nazir qeyd etdi.

Tigran Xaçatryan eyni zamanda deyib ki, stabil iqtisadi artım təmin etmək üçün kifayət qədər investisiya səviyyəsi olmalıdır.

Nazir qeyd edib ki, bu gün bərpa olunan enerji, tikinti, şərabçılıq və zərgərlik sahələrinə böyük investisiyalar qoyulur. 

Daha çox göstər
Back to top button