WCIT 2019 çərçivəsində nazirlərin dəyirmi masası keçiriləcək

Oktyabrın 8-də Ümumdünya İnformasiya Texnologiyaları Konfransı (WCIT 2019) çərçivəsində, Ermənistanın Yüksək Texnologiyalar Sənayesi Nazirliyində “Effektiv rəqəmsal çevrilmələr üçün milli gündəmlərinin hazırlanması və icrası” (“Designing and Executing an Effective ICT Blueprint for National Transformation”) mövzusunda nazirlərin dəyirmi masası keçiriləcəkdir.
ER Yüksək Texnologiyalar Sənayesi Nazirliyindən verilən məlumata görə, Ermənistan tarixində görünməmiş bu tədbirdə nazir Hakob Arşakyanın dəvəti ilə Baş nazir müavinləri, nazirlər və nazir müavinləri başda olmaqla 20-dən çox ölkədən nümayəndə heyətləri iştirak etdiklərini təsdiqlədilər. Nazirlərin dəyirmi masası çərçivəsində Ermənistan Milli Çevrilmə gündəliyinin inkişafında öz uğurları və vizyonları ilə bölüşəcək.
İştirakçılar yüksək texnologiyaların tətbiqi ilə yerli və qlobal problemlərin effektiv həlli yolları və imkanlarını da müzakirə edəcəklər. WCIT 2019 İT Dünya Forumu 6-9 oktyabrda Yerevanda keçiriləcək. Konfrans Ermənistanda ER hökumətinin himayəsi və dəstəyi ilə keçirilir.