
Ermənistanın yüksək texnologiya sənayesi nazirinin müavini Geğam Vardanyanın müşayiəti ilə Ermənistana gələn nümayəndə heyətlərinin rəhbərləri və üzvləri “DigiTek” Expo mərkəzində olublar. Verilən məlumata görə, , mərkəz onlara Ermənistanın texnoloji potensialını, erməni şirkətlərinin məhsullarını təqdim edib. Efiopiyanın İT naziri qeyd etdi ki, Memoranduma əsasən Efiopiyada 51 “Armat” mühəndislik laboratoriyası yaradılmalıdır. “Armat” Mühəndislik Laboratoriyalarının təsisçi direktoru Karen Vardanyan və Efiopiyanın İnformasiya Texnologiyaları naziri Sisai Tola, “Digi –tek” çərçivəsində Memorandum imzaladılar.Malayziyanın İT naziri Zairil Xri jurnalistlərə bildirib ki, bu sahədə təcrübə mübadiləsi çox vacibdir. “Burada startaplardan tutmuş qurulanadək fərqli təşkilatlar mövcuddur. Gənclərin informasiya sektorunda olması olduqca vacibdir, çünki bu gün dünya çox sürətlə inkişaf edir və gələcəkdə informasiya texnologiyaları ilə bağlı çox görüləcək işlər vardır”-deyərək Zohari qeyd edib ki “TUMO” yaradıcılıq texnoloqiyaları mərkəzindən olduqca təəssüratlıdır və özləri həmçinin istərdilər Malaziyada oxşar mərkəz yaratsınlar.