
Ermənistan texnoloji mərkəzlərdən biri olmaq üçün bütün şanslara malikdir. Bu barədə “WCIT 2019” Ümumdünya konfransında öz çıxışında ER baş naziri Nikol Paşinyan deyib.
Ermənistanda qeyri-zorakı, məxmər, xalq inqilabının mərkəzsizləşdirmə yolu ilə baş verdiyini vurğulayaraq, əlavə edib ki, bu siyasi inqilabdan sonra Ermənistan indi iqtisadi inqilab mərhələsindədir. Bu da mərkəzsizləşdirmə sayəsində baş verir, çünki hökumət, hər bir vətəndaşın şəxsi səyini, dövlət sərəncamları ilə deyil, öz qərarlarıyla, öz məqsədləriylə, öz ambisiyalarıyla şəxsi təşəbbüsünü, iqtisadi inqilabın əsas vasitəsi hesab edir.
Baş nazir Nikol Paşinyan qeyd etdi ki, Ermənistanda təsirli iqtisadi artım qeydə alınır, hansı da indiki iqtisadi inqilabın öz növbəsində texnoloji inqilaba səbəb olacağına inam verir.
“Biz Ermənistanı dünyanın aparıcı texnoloji innovasiya ölkələrindən birinə – əsl texnoloji mərkəzə çevirə biləcəyik”- deyə o deyib.
Baş nazir vurğuladı ki, bu məqsəd əlçatan və real görünür, çünki erməni xalqının bir çox övladı tanınmış texnoloji yeniliklərin yaradıcısıdır.
O, bəzilərini, o cümlədən dünyaca məşhur MİG təyyarəsinin müəllifi Artyom Mikoyanın, ABŞ ordusunda istifadə olunan qaz əleyhinə silahların müəllifi Artur Blbulyanın, plastik əməliyyatın həmtəsisçilərindən biri Varazdat Kazançyanın və digərlərinin adlarını xatırlatdı.