BaşlıcaEkonomika

Ermənistan texnoloji mərkəzlərdən biri olmaq üçün bütün şanslara malikdir: Nikol Paşinyan

Ermənistan texnoloji mərkəzlərdən biri olmaq üçün  bütün şanslara malikdir. Bu barədə  “WCIT 2019” Ümumdünya konfransında öz çıxışında  ER baş naziri Nikol Paşinyan deyib.

Ermənistanda qeyri-zorakı, məxmər,  xalq inqilabının mərkəzsizləşdirmə yolu ilə  baş verdiyini vurğulayaraq, əlavə edib ki, bu siyasi  inqilabdan sonra Ermənistan indi  iqtisadi inqilab   mərhələsindədir. Bu da mərkəzsizləşdirmə sayəsində  baş verir, çünki hökumət, hər bir vətəndaşın şəxsi səyini, dövlət sərəncamları ilə  deyil, öz qərarlarıyla, öz məqsədləriylə, öz ambisiyalarıyla şəxsi təşəbbüsünü, iqtisadi inqilabın əsas vasitəsi hesab edir.

Baş nazir Nikol Paşinyan qeyd etdi ki, Ermənistanda təsirli iqtisadi artım qeydə alınır, hansı da  indiki iqtisadi inqilabın öz növbəsində texnoloji inqilaba səbəb olacağına inam verir.

“Biz   Ermənistanı dünyanın aparıcı texnoloji innovasiya ölkələrindən birinə – əsl texnoloji mərkəzə çevirə biləcəyik”- deyə o deyib.

Baş nazir vurğuladı ki, bu məqsəd əlçatan və real görünür, çünki erməni xalqının bir çox övladı tanınmış texnoloji yeniliklərin yaradıcısıdır.

O, bəzilərini, o cümlədən  dünyaca məşhur MİG təyyarəsinin müəllifi Artyom Mikoyanın, ABŞ ordusunda istifadə olunan qaz əleyhinə silahların müəllifi Artur Blbulyanın, plastik əməliyyatın həmtəsisçilərindən biri Varazdat Kazançyanın və digərlərinin adlarını xatırlatdı.

Daha çox göstər
Back to top button