
Rusiya Federasiyası Federal Şurasının spikeri Valentina Matvienkonun yaxın vaxtlarda Ermənistana səfər edəcəyi gözlənilir və noyabrın 5-də Yerevanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Parlament Assambleyasının növbəti plenar iclası keçiriləcəkdir. ER parlamentinin sədri Ararat Mirzoyan bu barədə öz Facebook səhifəsində yazıb ki, bu, KTMT PA-nın Rusiya ərazisindən kənarda keçiriləcək ilk iclası olacaq.