Sərhəddə vəziyyət ümumilikdə sabitdir. ER Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan bu haqda bu gün keçirdiyi mətbuat konfransı ərzində bildirib.
“Vəziyyət nəzarət altındadır,ümumi baxımla sərhəddə gərginlik və ya insident daima olub. Təəssüflər olsun ki, hələ də var və düşünürəm ki, yaxın gələcəkdə də davam olacaqdır”-deyərək o, qeyd etdi.
Artak Davtyanın sözlərincə, hadisələrin və atəşlərin sayı nisbətən azalıbdır. Tavuş bölgəsində qeyd olunan gərginliyə gəlincə, Baş Qərargah rəisi hazırda vəziyyətin ciddi şəkildə dəyişmədiyini qeyd edib.
“Müəyyən bir gərginlik elementləri var, amma gəlin bunu həmişə mövcud olan bir sərhəd gərginliyi kimi hesab edək”-deyərək o qeyd edib.Artak Davtyanın sözlərinə görə, bu gün atışmalar olub, lakin məqsədsiz xarakter daşıyırdılar.
“Bizim cavabımızdan sonra dayandırılıb, indiki anda vəziyyət sabitdir”-deyərək o bildirib.
Artak Davtyan ER Silahlı Qüvvələri tərəfindən düşmənə adekvat cavab verildiyini vurğuladı.