İctimaiyyət

Bərdədə hərbi hissənin qarşısında etiraz aksiyası

“Tərtər işi” üzrə ölən və həbs olunan hərbçilərin qohumları bu gün Bərdədə Müdafiə Nazirliyinin qoşun hissəsinin qarşısında etiraz aksiyası keçiriblər. Turan agentliyinə əsasən, aksiya iştirakçıları üzərində ölənlərin və həbs edilənlərin fotosu olan köynəklər geyiniblər.

Aksiya iştirakçıları baş vermiş hadisələrlə bağlı ədalətli araşdırma aparılmasını, həbsdə olan hərbçilərin azadlığa buraxılmasını tələb ediblər.

Onlar yaxınlarının ölümündə korpus komandiri Hikmət Həsənovu günahkar bilir.

Nümayişçilər bütün vəzifəli şəxslərin postdan kənarlaşdırılmasını və onların cinayət məsuliyyətinə cəlb olunmasını tələb ediblər. Aksiya iştirakçılarının qarşısına zabit çıxaraq hissə komandirinin onları qəbul edəcəyini vəd edib. Lakin etirazçılar vədlərə inanmadıqlarını bildiriblər.

Aksiya yerinə polis qüvvələri cəlb edilib. Etirazçıların bəzisinin halı pisləşib. Bundan sonra aksiya iştirakçıları dağılışıblar.

Daha çox göstər
Back to top button