BaşlıcaSiyasət

ER Baş naziri WCIT 2019-un nümayəndə heyətləri və beynəlxalq təşkilatlarının rəhbərlərini qəbul edib

ER Baş naziri Nikol Paşinyan hökumətdə  WCIT 2019 konfransının rəsmi nümayəndə heyətləri və beynəlxalq təşkilatlarının rəhbərlərini ,Bolqarıstanın  Baş nazir müavini Mariana Nikolovanı, Əfqanıstanın Rabitə və İnformasiya texnologiyaları üzrə naziri Fahim Haşimi, İranın Rabitə və İnformasiya texnologiyaları üzrə naziri Məhəmməd Cahromini, Moldovanın  İnfrastruktur və ekonomika naziri Vadim Brindzanı, Braziliyanın  texnoloqiyalar,inovasiya telekomunikasiya nazirinin müavini  Xuliyo Netonu,   Banqladeşin Rabitə, poçt və İnformasiya texnoloqiyaları üzrə naziri Comard Ahmad Palakı, Efiopiyanın İnovasiya və texnologiya üzrə naziri Sisay Sola Yadeteni, Estoniya Xarici işlər nazirliyinin rəqəmsal üzrə səfiri Tonis Nirkin, Malayziyanın Penanq ştatı üzrə naziri Çou Co Yeuini və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Maykl Kristidesi qəbul edib. ER   Baş nazirinin iş heyətindən verilən məlumata görə, Nikol Paşinyan qonaqları salamlayaraq qeyd edi:

“Ölkəmizin İT sahəsində beynəlxalq əməkdaşlıq çərçivəsində hərəkət etməsi vacibdir. Heç kimə sirr deyil ki, təhlükəsizlik, diplomatiya və insanlar baxımından yüksək texnologiyalar müasir beynəlxalq münasibətlərdə mühüm və əsas  rol oynayır  və burada həmçinin  mühüm bir nüans var ki, o da insanlarla əlaqə qurmaqdır.İT dünyanın ən dinamik inkişaf edən sahələrindən biridir və daha bir vacib məqam yenə  var: beynəlxalq tərəfdaşlarla səmərəli əməkdaşlıq olmadan texnologiyanı inkişaf etdirmək olmaz, yəni bu gün qabaqcıl texnologiyalara vahid bir ölkədə sahib olmaq mümkün deyil və odur ki, beynəlxalq əməkdaşlıq platformunu yaratmalıyıq”. Baş nazir və WCIT 2019 konfransının rəsmi nümayəndə heyətlərinin və beynəlxalq təşkilatların rəhbərləri 23-cü Ümumdünya İnformasiya Texnologiyaları Konfransının gündəliyi, həm texnologiya, həm də digər sahələrdə tərəfdaşlığın inkişaf etdirilməsi imkanları barədə fikir mübadiləsi keçirdilər.

Daha çox göstər
Back to top button