BaşlıcaSiyasət

Rustam Badasyan donor təşkilatlarla ədliyyə islahatları sahəsini müzakirə edib

Ermənistan Respublikasının  Ədliyyə naziri  Rustam  Badasyan ER-da  fəaliyyət  göstərən  beynəlxalq strukturlar rəhbərləri və nümayəndələriylə görüşmüş və  sahənin islahatlarına istiqamətlənmiş təşəbbüsslərə yardım   etmək və birgə hiss ediləcək nəticə  qeyd etmək imkanını müzakirə etmişdir.

 ER Ədliyyə  nazirliyindən verilən məlumata görə, nazir  bir sıra  sahə  strateqiyaları layihələrinin son  dəyişikliklərini  təqdim edib. Bunlar  antikorrupsiya, hüquq-məhkəmə və İnsan haqlarının müdafiəsi  probasiya sahələrinin  islahatlarına  aiddir. Məhkəmə İslahatları strategiyasına gəlincə, Rüstam Badasyan bildirib ki, bu, təkcə məhkəmə sisteminin səmərəliliyinin artırılmasına deyil, həm də prokurorluq və istintaq orqanlarında islahatların aparılmasına yönəlib.Beynəlxalq təşkilatların nümayəndələri islahatları dəstəkləməyə hazır olduqlarını bildirmiş və yekdilliklə Ədliyyə nazirliyinin son səylərinin və vacib strateji sənədlərin hazırlanmasının islahatların keçirildiyi tərəfdaş ölkələr üçün yaxşı bir nümunə ola biləcəyini vurğulamışlar.

Daha çox göstər
Back to top button