Ermənistan üçün Avropa böyük investordur və buna görə də, avropalıların bu ölkə ilə bağlı böyük ümidləri var. Bu haqda oktyabrın 9-da “Şərq Tərəfdaşlığı” onilliyinə həsr olunmuş “Ağılla yaşamaq: Gəncliyin gücləndirilməsi” konfransındakı çıxışında Avropa Komissiyasının Rusiya və Orta Asiya Departamentinin direktoru Lyuk Devin söylədi.
Onun sözlərinə görə, Avropa Birliyi gənclərin inkişafına böyük əhəmiyyət verir və Şərq Tərəfdaşlığı çərçivəsində 10 ildir hər tərəfdaşa fərdi yanaşma göstərir və bu dəstək davam ediləcəkdir.