İctimaiyyət

Milli Şuranın piketi zamanı ən azı 30 nəfər saxlanılıb

Oktyabrn 8-də Bakı meriyasının qarşısında icazə verilmiş piket aksiyaya toplaşan vətəndaşların döyülməsinə çevrilib.

Aksiyaya bir saat qalmış gücləndirilmiş polis dəstələri piketçiləri tədbir yerinə buraxmayıblar. Sonra onlar aksiyaya gəlmək istəyənləri dağıtmağa və saxlamaya başlayıblar.

Aksiya ərazisində İnternet kəsilib, mətbuat birbaşa reportaj hazırlaya bilmir. Jurnalistlər polisin kobud rəftarına məruz qalıblar. Polislər jurnalistləin işinə maneçilik törədiblər.

Etiraz aksiyası zamanı ən azı 30 nəfər saxlanılıb. Bu barədə Turan-a Xalq Cəbhəsi Partiyası sədrinin müşaviri Məmməd İbrahim bildirib.

Onun sözlərinə görə, saxlanılan şəxslər öncədən gətirilmiş avtobuslara əyləşdirilərək Səbayel Rayon Polis İdarəsinə aparılıblar.

Daha çox göstər
Back to top button