
Ermənistan Respublikası Baş naziri Nikol Paşinyan oktyabrın 11-də paytaxt Aşqabadda keçiriləcək MDB Dövlət Başçıları Şurasının növbəti iclasında iştirak etmək üçün oktyabrın 10-da Türkmənistana işgüzar səfər edəcək.
ER Baş naziri administrasiyasından verilən məlumata görə, səfər çərçivəsində Nikol Paşinyan Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhamedov ilə görüşəcək.
Ermənistanın Baş naziri MDB Dövlət Başçıları Şurasının dar və geniş tərkibli iclaslarında iştirak və çıxış edəcəkdir.