BaşlıcaSiyasət

Erməni-rus hərbi təlimləri zamanı erməni istehsalı olan 500 kq-lıq bombadan istifadə edilib

ER  Müdafiə nazirliyinin  “Bağramyan”  poliqonunda oktyabrın 9-da keçirilən ER SQ və  RF SQ-nin birgə batalyonunun taktiki təliminin son mərhələsinin son turu keçirildi. Bu barədə Ermənistan Müdafiə nazirinin mətbuat katibi  Artsrun Hovannisyan öz Facebook səhifəsində yazıb.

“Bugünkü təlimlər zamanı Ermənistan Hərbi hava qüvvələrinin “Su-25”-ləri 500 kq-lıq erməni istehsallı bomba ilə çox dəqiq və möhtəşəm bombardmanlar  həyata keçirdi”- deyə Artsrun Hovhannisyan qeyd edib.

 ER Silahlı qüvvələri və RF Silahlı qüvvələrinin Birgə qoşunlarının komandanı, general-mayor Tiqran Parvanyanın rəhbərliyi ilə oktyabrın 1-də başlanan birgə  hərbi təlimlərin məqsədi müxtəlif bölmələrin birgə hərəkətlərini əlaqələndirmək, birgə təlim zamanı şəxsi heyətin döyüş hazırlığında yoxlanış aparmaq olub.

Erməni-rus  birgə qoşun  qüvvələri bölmələrinin də iştirak etdiyi genişmiqyaslı təlimlərdə müdafiə və əks-hücum əməliyyatları aparılıb eyni zamanda çox sayda quru və hava döyüş texnikası cəlb edilibdir.

Daha çox göstər
Back to top button