Təhlil

İqtisadçı: “Makroiqtisadi sabitlik” indikatorunda Azərbaycan Afrika ölkələri ilə bir sıradadır

Dünya İqtisadi Forumu oktyabrın 9-da “Qlobal Rəqabətlilik Hesabatı”nı açıqlayıb. 

Hesabatda Azərbaycan 62,7 balla 141 ölkə içində 58-ci yeri tutub. Ötən il 140 ölkə içində 69-cu olmuşdu. Bu da 2017-ci illə müqayisədə iki dəfəyə qədər geriləmə demək idi (dəki 35-ci pillən enmişdi).

İndeks 103 indikator üzrə dəyərləndirilib. İndikatorlar 12 mövzu üzrə qruplaşdırılıb – institutlar, infrastruktur, İKT-nin qəbulu, makroiqtisadi sabitlik, səhiyyə, bacarıqlar, məhsul bazarı, əmək bazarı, maliyyə sistemi, bazarın ölçüsü, biznes dinamizmi və innovasiya qabiliyyəti.

Dünyada ən böyük rəqabətin Asiya-Sakit Okean regionunda olduğu, ondan sonra Avropa və Şimali Amerikanın gəldiyi bildirilir.

ReAL idarə heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli deyir ki, Azərbaycanın builki hesabatda 11 pillə irəliləməsi çox gümün yaxın günlərdə hökumət təbliğatının əsas mövzusu olacaq. Deyəcək, yazacaq, tərifləyəcəklər ki, Azərbaycan Ümumdünya İqtisadi Forumunun 2019-cu il üzrə qlobal rəqabətə davamlıq reytinqində irəliləyib. Bu barədə “Meydan.tv” saytı məlumat yayıb.

İqtisadçı deyir ki, bunu həmişə təkrar etməyəcək. Çünki bütün indikatorlarda keçərlidir. Belə hesabatlar birmənalı olaraq hökumətin açıqladığı rəqəmlərə əsasən tərtib edilir:

Azərbaycan “Bacarıqlar” bölümündə 48-ci yerdə qərarlaşıb. Ötən il isə 54-cü yerdə olub. İqtisadçı deyir ki, səbəbi sorğularla müəyyən edilir. Azərbaycan xalqı bacarıqlıdı, sistem isə zaydı:

““İctimai institutlar” bölümündə də irəliləyiş var. Bu il 49, ötən il 58-ci yerdə olmuşuq. Səbəbi hökumətin məlumatları, QHT şurası, KİV-ə dəstək şurası və s. qurumların pozitiv təqdimatıdır. Həqiqətdə isə ciddi geriləmə var.

Natiq Cəfərli deyir ki, “İKT potensialı”na görə Azərbaycan ötən il 69-cu, bu il 73-cü yerdə qərarlaşıb. Bunun isə səbəbi digər ölkələrdə geriləmənin olmasıdır:


Daha çox göstər
Back to top button