İsraildə Erməni Soyqırımına həsr olunan abidə ucaldılacaq
İsraildə Erməni Soyqırımı xatirəsinə həsr olunan abidə ucaldılacaq. Verilən məlumata görə, bu haqa “Ermənistan-İsrail” beynəlxalq ictimai Forumunun həmsədri doktor Aleksandr Tsinker jurnalistlərlə görüşündə bəyan edib. “İcazə alınıbdır, müvafiq maket hazırlanıb və artıq Erməni Soyqırımı abidəsinin yaradılması və açılışı üçün vəsait toplamağa başlamışıq. Onu, İsrailin Petah Tikva şəhərində yerləşdirilməsi planlaşdırılır. Bələdiyyə başçısı orada əvəzləndi, problemlərin olacağını düşündük, amma Tanrıya şükürlər olsun ki, bütün məsələlər həll olundu”-deyərək Aleksandr Tsinker qeyd etdi. Qərara alınıb ki, abidə Ermənistanda hazırlansın sonrasa İsrailə aparılsın. Aleksandr Tsinker başqa bir istiqamətdə işləməyi planlaşdırdıqlarını da qeyd etdi.
Petax Tikvanın keçmiş bələdiyyə başçısı və Gümrü bələdiyyə başçısı arasında qardaş şəhərlər etmək barədə məktublaşma olub. Petax Tikva şəhərinin yeni meri həmçinin buna razılıq verib.