İctimaiyyət

Piketdə saxlanılan beş nəfər buraxılmayıb

Oktyabrın 8-də Bakı Şəhər İcra Hakimiyyətinin önündə keçirilən piket zamanı saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvlərin hamısı sərbəst buraxılıb. Bu barədə AzadlıqRadiosuna məlumat verən partiyanın funksioneri İlham Hüseynin sözlərinə görə, piketdən əvvəl saxlınılan iki partiya üzvü – Elzamin Salayev və Elxan Əliyev 15 sutka inzibati qaydada həbs olundular, Nemət Abbasov isə Səbail rayon Məhkəməsinin qərarı ilə 60 manat məbləğində cərimə olundu.

Hüseynin sözlərinə görə, piketdə iştirak edən partiya üzvü olmayan 5 nəfər hələ də azadlığa buraxılmayıblar.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənmək hələlik mümkün olmayıb. 

Daha çox göstər
Back to top button