
Ermənistan Respublikasının Prezidenti Armen Sarkisyan “Ədalət və Sülh naminə əməkdaşlıq” rəmzini daşıyan Artsax Dostları konfransı heyətini sədr müavini, EİD Byürosunun keçmiş üzvü Mario Nalbandyanın başçılığıyla qəbul edib. ER Prezidentinin iş heyətindən verilən məlumata görə, Mario Nalbandyan bildirib ki, nümayəndə heyətinin tərkibində Latın Amerikasından olan tanınmış şəxslər: parlamentarlar , keçmiş diplomatlar, ictimai xadimlərdir ki, onlar da Ermənistan və Artsax ilə münasibətləri inkişaf etdirmək tərəfdarlarıdır. Yaxın vaxtlarda Stepanakertdə keçiriləcək görüşlər barədə danışmaqla o, qeyd edib ki, Artsaxın Xarici işlər nazirliyi və Erməni İnqlab Daşnaklığı tərəfindən təşkil ediləcək tədbirin məqsədi Artsax ilə beynəlxalq əlaqələri inkişaf etdirməkdir. Prezident Sarkisyan Latın Amerikası dost ölkələrinin nümayəndələrinin Ermənistan və Artsaxa səfərlərini məmnuniyyətlə alqışladı və qonaqlara Ermənistan və Artsaxdakı fəaliyyətlərinə görə təşəkkür etdi: “Olduqca şadam ki, sizin səfəriniz Artsaxla əklaqədardır. Təmsil etdiyiniz bütün ölkələrdə, xüsusən Soyqırımdan sonra yeni vətənlərini tapan ermənilərlə görüşmüşəm və bu yeni vətənin yaxşı vətəndaşı olmuş ermənilərlə fəxr edirəm. Ermənistan və Artsaxın bütün erməni xalqı simasında sizin yaxşı dostlarınız var. Sizin Artsaxa olan yanaşmanızı olduqca yüksək qiymətləndirirəm”-deyərək Prezident onlara Artsax konfransında nailiyyətli iş diləmişdir. Görüşdə iştirak edən konfrans iştirakçıları erməni xalqı və Ermənistana olan heyranlıqlarını və sevgi dolu birliyini bir daha təstiqlədilər,Ermənistan və Artsaxın xeyrinə fəal səylərini davam etdirməyə hazır olduqlarını bildirdilər.