ArtsaxBaşlıca

Artsax xalqı öz müqəddərat təyinetmə hüququndan tam istifadə edib: Şavarş Koçaryan

Artsax xalqı öz müqəddərat təyinetmə hüququqndan tam istifadə edib, bu hüquq ərazi bütövlüyü də daxil olmaqla, beynəlxalq hüququn heç bir prinsipinə zidd ola bilməyən bir hüquqdur. Bu barədə  Stepanakertdə  keçirilən Artsax dostluq konfransında ER Xarici işlər nazirinin müavini Şavarş Koçaryan deyib.

“Öz müqəddəratını təyinetmə hüququ hər hansı digər beynəlxalq sənəddən üstün olan bir hüquqdur. Buna görə, Artsax xalqının açıq şəkildə ifadə etdiyi öz müqəddəratını təyinetmə hüququnu qorumaq bizim borcumuzdur”.

Şavarş Koçaryanın sözlərincə, Artsaxın öz dostlarıyla  əməkdaşlığı sivilizasiya qüvvələri ilə əməkdaşlıqdır.

“Bu gün anti-sivilizasiyanın başına gəlməməsi üçün bütün sivilizasiya qüvvələrinin birgə səyləri ilə birləşməyə ehtiyac var.  Anti-sivilizasiya qüvvələri bəşəriyyətin inkişafı üçün davamlı maneədir. Erməni xalqı bunu öz dərilərində çox yaxşı hiss edib: Erməni Soyqırımı günlərində gördüyümüz vəhşiliklər şahiddir.  Bu gün də  Yaxın Şərqdə sivilizasiya və anti-sivilizasiya qüvvələrinin toqquşmasını görürük. Orada öz vətənində ənənəvi sivilizasiyalar, xalqlar, millətlər, tayfalar məhv edilir”- deyə ER Xarici işlər nazirinin müavini deyib.

Daha çox göstər
Back to top button