
Aşgüzar səfəri ilə Türkmənistanda olan ER Baş naziri Nikol Paşinyan oktyabrın 11-də Özbəkistan Respublikası prezidenti Şavkat Mirziyoyev ilə görüşdü.
ER Baş naziri administrasiyasından verilən məlumata görə, Nikol Paşinyan qeyd etdi ki, bu, ölkəmizin müstəqillik qazandıqdan bəri Ermənistan və Özbəkistan liderləri arasında belə formatda keçirilən ilk görüşüdür və Ermənistan-Özbəkistan münasibətlərinə tamamilə yeni təkan verməyə hazır olduğunu və ikitərəfli siyasi iradənin mövcudluğunu göstərir.
Şavkat Mirziyoyev Özbəkistanın Ermənistanla əlaqələrin inkişafına da böyük əhəmiyyət verdiyini vurğuladı və qeyd etdi ki, bu fürsətdən yüksək səviyyəli siyasi dialoqun davam etdirilməsi, ikitərəfli münasibətlərdəki potensialın tam reallaşdırılması, əməkdaşlığa yeni təkan və keyfiyyət verilməsi üçün istifadə edilməlidir. Bu kontekstdə Özbəkistan prezidenti hökumətlərarası komissiyanın yaradılması imkanlarını müzakirə etməyi təklif etdi.
Siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə Ermənistan-Özbəkistan tərəfdaşlığını inkişaf etdirməyə hazır olduqlarını təsdiqləyən tərəflər bu istiqamətlərdə birgə proqramların təşkili imkanlarını müzakirə etdilər. İqtisadi əlaqələrin aktivləşdirilməsi baxımından yüngül sənaye, bank, informasiya texnologiyaları, kənd təsərrüfatı sahələrində əməkdaşlığın inkişafı perspektivli hesab edildi.