BaşlıcaSiyasət

Bako Sahakyan: “Artsax üçün həm status, həm də sərhəd baxımından keçmişə dönüş ola bilməz”

Müstəqil, suveren, qüdrətli bir dövlət qurmaq dövlət quruculuğumuzun əsası olmuşdur və bundan sonra da dayaqlarından biri olan Ermənistan və Spyurkla üçlüyümüz və demokratik dəyər və prinsiplərə sadiqliyimizdir. Bu haqda Artsax Respublikasının Prezidenti Bako Sahakyan Stepanakertdə keçirilən “Ədalət və Sülh naminə əməkdaşlıq” Artsax Dostları Forumunun açılışında bildirib. Bako Sahakyan qeyd etdi: “Bizim üçün ən vacib olan, bütün ölçülərdə Artsaxın tam təhlükəsizliyini təmin etməkdir. Təhlükəsizliyimizin bir qədər zəifləməsi də qarşı tərəfi gözlənilməz nəticələrə səbəb olan yeni təcavüzə əl atmağa vadar edəcəkdir. Odur ki,təhlükəsizlik mövzuları da danışıqlar prosesində önəmlikdir. AR Prezidentinin iş heyətindən verilənməlumata görə,Bako Sahakyan qeyd edib: “Bizim üçün Artsaxın təhlükəsizliyinin bütün platformlarda tamamiylə təmin olunmasıdır. Artsaxın tam iştirakı ilə danışıqlar prosesi tam bərpa olunmadan burada ciddi uğurları qeyd etmək mümkün deyil. Aydındır ki, Artsaxın taleyi onun iştirakı olmadan müəyyən edilə bilməz və vəziyyətimiz və sərhədlərimiz baxımından təbii ki, keçmişə dönüş ola bilməz. Bərabərlik və çox yönümlülük prinsipləri Artsax Respublikasının xarici siyasətinin əsasını təşkil edir. Avropa, ABŞ, Rusiya və bölgə dövlətləri ilə mehriban qonşuluq münasibətləri qorumağımız bizim üçün vacibdir. Bu, bölgəmizin unikallığı olduğu kimi eləcə də Spyurkun (erməni diasporu) mövcudluğuyla əlaqədardır. Xarici siyasətdə rəsmi Stepanakert müxtəlif ölkələr və dövlətlər və onların inzibati birlikləri ilə əlaqələrin qurulmasına və dərinləşməsinə xüsusi diqqət ayırmağı davam edəcəkdir”.

Daha çox göstər
Back to top button