BaşlıcaBeynəlxalq

ER Baş naziri Aşqabaddadır: “Ermənistan və Türkmənistan iqtisadi əməkdaşlığı aktivləşdirəcəkdir”

ER Baş naziri Nikol Paşinyan Aşqabadda Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhamedov ilə görüşüb. ER  Baş nazirinin iş heyətindən verilən məlumata görə, Qurbanqulu Berdimuhamedov Ermənistan-Türkmənistan münasibətlərinin inkişafından məmnunluğunu ifadə  edərək,Türkmənistanın Ermənistanla qarşılıqlı faydalı əməkdaşlıqda və müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu  bəyan edib. Ermənistanın Baş naziri qeyd etdi ki, Türkmənistan Mərkəzi Asiyadakı Ermənistanın vacib tərəfdaşlarından biridir, onunla ölkəmizin səmərəli, konstruktiv münasibətləri var və yüksək səviyyəli siyasi dialoqa uyğun olaraq iqtisadi əməkdaşlıq aktivləşdirilməlidir.Ermənistanın Baş naziri və Türkmənistan Prezidenti ikitərəfli və çoxtərəfli əməkdaşlıq formatlarının, iqtisadi əlaqələrin və ticarət dövriyyəsinin intensivləşdirilməsi, müxtəlif sahələrdə mövcud potensialın reallaşdırılması məsələlərinə toxunmuşdur.Karbohidrogen sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilmişdir.

Daha çox göstər
Back to top button